Tarix:07/05/13
Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, artıq yayımın təşkili üçün tələb olunan avadanlıq sifariş olunub. "Bildiyiniz kimi, biz artıq Naxçıvanda, maya dəyəri aşağı və imkanları daha məhdud olan DVB-T rəqəmli formatda sosial paketin yayımını təşkil etmişik.
Sosial paketə bütün yerli kanallar və iki Naxçıvan kanalı daxildir. Bu ilin ikinci yarımilliyinin əvvəlində isə biz, DVB-T2 formatda kommersiya paketini təqdim etməyə hazırlaşırıq. Bu xidmətlər Duzdaq, Dəstə, Sədərək, İbadulla rayonlarında təqdim ediləcək. Kommersiya əsasında əhaliyə üç cür yayım paketi təqdim ediləcək, bu, "Film paketi", "İdman paketi" və "Bilik paketidir",- deyə şirkətdən bildiriblər.
Qeyd edək ki, təkmilləşdirilmiş DVB-T2 formatı rəqəmli efir televiziyası şəbəkələrinin tutumunu 30% artırır və 50 Mbit/s sürəti təmin edir. İlkin məlumata əsasən, layihənin həyata keçirilməsinə ümumilikdə 2,5 milyon manata yaxın vəsait tələb olunub.
Tədbirlər 2011-ci ilin fevral ayında təsdiq edilmiş DVB-T formatında rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı üzrə Dövlət proqramı çərçivəsində həyata keçirilir.
Aynur Vəliyeva
Yerli kabel televiziya operatoru Naxçıvanda rəqəmli televiziya yayımı üzrə kommersiya paketlərini təqdim edəcək
Azərbaycanın ilk kabel televiziyası operatoru "B&B TV" şirkəti Naxçıvanda rəqəmli televiziya yayımı xidmətlərinin kommersiya paketlərini təqdim etməyə hazırlaşır.Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, artıq yayımın təşkili üçün tələb olunan avadanlıq sifariş olunub. "Bildiyiniz kimi, biz artıq Naxçıvanda, maya dəyəri aşağı və imkanları daha məhdud olan DVB-T rəqəmli formatda sosial paketin yayımını təşkil etmişik.
Sosial paketə bütün yerli kanallar və iki Naxçıvan kanalı daxildir. Bu ilin ikinci yarımilliyinin əvvəlində isə biz, DVB-T2 formatda kommersiya paketini təqdim etməyə hazırlaşırıq. Bu xidmətlər Duzdaq, Dəstə, Sədərək, İbadulla rayonlarında təqdim ediləcək. Kommersiya əsasında əhaliyə üç cür yayım paketi təqdim ediləcək, bu, "Film paketi", "İdman paketi" və "Bilik paketidir",- deyə şirkətdən bildiriblər.
Qeyd edək ki, təkmilləşdirilmiş DVB-T2 formatı rəqəmli efir televiziyası şəbəkələrinin tutumunu 30% artırır və 50 Mbit/s sürəti təmin edir. İlkin məlumata əsasən, layihənin həyata keçirilməsinə ümumilikdə 2,5 milyon manata yaxın vəsait tələb olunub.
Tədbirlər 2011-ci ilin fevral ayında təsdiq edilmiş DVB-T formatında rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı üzrə Dövlət proqramı çərçivəsində həyata keçirilir.
Aynur Vəliyeva
Baxış sayı: 1209
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır