12px13px15px17px
Tarix:08/05/13

Üç ildən sonra işçilər işdə öz fərdi qurğularından istifadə edəcəklər

ŞİRKƏT RƏHBƏRLƏRİ ƏMƏKDAŞLARINI KOMPÜTER VƏ SMARTFONLARLA TƏMİN ETMƏKDƏN İMTİNA EDƏCƏK

"Gartner" 2017-ci ilədək şirkət əməkdaşlarının fərdi mobil qurğularından iş yerində istifadə edəcəyini bildirib. "Gartner"in analitikləri proqnozlaşdırırlar ki, üç ildən sonra hər üç  şirkətdən biri  işçilərinə smartfon və planşetlərin alınmasından imtina edəcək.

Şirkətin proqnozuna görə, hər ikinci işçi fərdi mobil qurğusundan işdə istifadə edəcək. "BYOD" (bring-your-own-device – «fərdi qurğunu gətir») konsepsiyası son bir neçə il ərzində geniş yayılıb.

Analitiklər hesab edirlər ki,  işçi  tərəfindən mobil qurğunun alınması, şirkətin isə ona tələb olunan mobil rabitə xidmətlərinin, proqram təminatının və qurğunun istifadəsi ilə bağlı digər ödənişi həyata keçirməsi variantı geniş yayılacaq.

"Gartner"in keçirdiyi sorğunun nəticələrinə əsasən, "BYOD" konsepsiyasının tətbiqi prosesində şirkətləri əsas narahat edəcək problem təhlükəsizlik olacaq.

Yaxın illərdə bu istiqamətdə əhəmiyyətli addım atılacaq. Bu gün "BYOD" konsepsiyası ən çox orta və iri şirkətlərdə geniş yayılıb və konsepsiyaya  Amerika şirkətləri daha loyal yanaşırlar.  Hindistan, Çin və Braziliyada da işçilər fərdi mobil qurğularından işdə istifadə etməyə  meyillidirlər.

Aynur Vəliyeva



Baxış sayı: 755

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024