12px13px15px17px
Tarix:08/05/13

“Nar Mobile” voleybol turnirinə dəstək olub

“Nar Mobile” mobil operatoru Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə keçirilən voleybol turnirinə dəstək olub. Aprel ayının 10-dan etibarən “Səs”, “İki sahil” və “Yeni Azərbaycan” qəzetlərinin təşkilatcılığı ilə keçirilən turnir mayın 6-da başa çatıb.

Turnirdə YAP rayon təşkilatlarından 12 komanda və jurnalistlərdən ibarət 10 komanda iştirak edib. Turnirin qalibi Yasamal rayon YAP təşkilatının komandası oldu. “Nar Mobile” yarandığı gündən etibarən jurnalistlərlə əməkdaşlığa önəm verərək, onların təşəbbüslərini dəstəkləyib.

Bu dəfə də media nümayəndələri tərəfindən irəli sürülən bu maraqlı turniri dəstəkləmək qərarına gəldik. Bütün komandalar çox maraqlı bir oyun nümayiş etdirdilər. Biz qalib komandanı təbrik edirik” – deyə Kent Maknili, “Azerfon” şirkətinin baş direktoru bildirib.

RƏVAN



Baxış sayı: 649

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024