Tarix:08/05/13
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə birliyin baş direktor müavini Xankişi Kişiyev məlumat verib. Onun sözlərinə görə, əvvəllər qəsəbənin adıçəkilən yaşayış məntəqəsində telefon rabitəsi olsa da, bu, tələbatı ödəmirdi. “Bura qismən telefonlaşdırıldığından telefon çəkdirmək istəyənlərin sayı çoxluq təşkil edirdi. Telefon rabitəsi uzun məsafədən verildiyindən vətəndaşlar internet xidmətlərindən tələbat səviyyəsində istifadə edə bilmirdilər. Qısa zamanda artıq 400-dən çox mənzil telefonlaşdırılıb”- deyən baş direktor müavini NGN texnologiyasının istifadəçilərə İPTV, videotelefon, internetə sürətli qoşulma ilə yanaşı, əlavə 21 növ xidmətdən istifadə etmək imkanı verdiyini deyib.
Bura çıxış zənglərinin məhdudlaşdırılması, nömrənin bağlanması, zəngli saat, giriş zənglərinin məhdudlaşdırılması, birbaşa yönəltmə, cavab olmayanda yönəltmə, məşğulluq zamanı yönəltmə, ikinci zəngin qəbulu, nömrənin məşğulluğu zamanı məşğulluq bitdikdə hər iki tərəfə zəng göndərilməsi, 3 və 64 nəfərlik konfrans rabitə, konfrans rabitə zamanı ikinci zəngin qəbulu, nömrənin təyin edilməsi, nömrənin gizlədilməsi, ehtiyatda olan nömrə gizlətmə və s. xidmətlər aiddir.
O qeyd edib ki, yeni stansiyanın imkanlığından istifadə etməklə vətəndaşlar evdə qurulan izləmə kameralarına uzaq məsafədən baxa bilərlər. Baş direktor müavini Xətai TQ-nin xidmət ərazisində ONU tipli avadanlıqların da daha geniş şəkildə tətbiq edildiyini söyləyib.
“Sözügedən avadanlıq istifadəçilərin telefon xidməti ilə yanaşı, bütün multimedia xidmətlərindən yüksək səviyyədə istifadəsinə geniş imkanlar yaradır. Bu avadanlıq abunəçi ilə stansiya arasında məsafəni qısaldır, telefon, internet xidmətinin daha sürətli və keyfiyyətli şəkildə çatdırılmasını təmin edir”.
Qeyd edək ki, Bakıda geniş şəkildə tətbiq edilən bu avadanlıq dünya təcrübəsində özünü yüksək keyfiyyəti ilə doğruldub.
RƏVAN
Biləcəridə NGN tipli müasir elektron ATS istifadəyə verilib
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən Bakının Biləcəri qəsəbəsində Xətai Telefon Qovşağının xidmət ərazisində Ordubadi yaşayış məntəqəsində 1400 nömrə tutumlu NGN tipli müasir elektron ATS istifadəyə verilib.Bu barədə “ICTnews” elektron xəbər xidmətinə birliyin baş direktor müavini Xankişi Kişiyev məlumat verib. Onun sözlərinə görə, əvvəllər qəsəbənin adıçəkilən yaşayış məntəqəsində telefon rabitəsi olsa da, bu, tələbatı ödəmirdi. “Bura qismən telefonlaşdırıldığından telefon çəkdirmək istəyənlərin sayı çoxluq təşkil edirdi. Telefon rabitəsi uzun məsafədən verildiyindən vətəndaşlar internet xidmətlərindən tələbat səviyyəsində istifadə edə bilmirdilər. Qısa zamanda artıq 400-dən çox mənzil telefonlaşdırılıb”- deyən baş direktor müavini NGN texnologiyasının istifadəçilərə İPTV, videotelefon, internetə sürətli qoşulma ilə yanaşı, əlavə 21 növ xidmətdən istifadə etmək imkanı verdiyini deyib.
Bura çıxış zənglərinin məhdudlaşdırılması, nömrənin bağlanması, zəngli saat, giriş zənglərinin məhdudlaşdırılması, birbaşa yönəltmə, cavab olmayanda yönəltmə, məşğulluq zamanı yönəltmə, ikinci zəngin qəbulu, nömrənin məşğulluğu zamanı məşğulluq bitdikdə hər iki tərəfə zəng göndərilməsi, 3 və 64 nəfərlik konfrans rabitə, konfrans rabitə zamanı ikinci zəngin qəbulu, nömrənin təyin edilməsi, nömrənin gizlədilməsi, ehtiyatda olan nömrə gizlətmə və s. xidmətlər aiddir.
O qeyd edib ki, yeni stansiyanın imkanlığından istifadə etməklə vətəndaşlar evdə qurulan izləmə kameralarına uzaq məsafədən baxa bilərlər. Baş direktor müavini Xətai TQ-nin xidmət ərazisində ONU tipli avadanlıqların da daha geniş şəkildə tətbiq edildiyini söyləyib.
“Sözügedən avadanlıq istifadəçilərin telefon xidməti ilə yanaşı, bütün multimedia xidmətlərindən yüksək səviyyədə istifadəsinə geniş imkanlar yaradır. Bu avadanlıq abunəçi ilə stansiya arasında məsafəni qısaldır, telefon, internet xidmətinin daha sürətli və keyfiyyətli şəkildə çatdırılmasını təmin edir”.
Qeyd edək ki, Bakıda geniş şəkildə tətbiq edilən bu avadanlıq dünya təcrübəsində özünü yüksək keyfiyyəti ilə doğruldub.
RƏVAN
Baxış sayı: 2999
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı