Tarix:08/05/13
“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, Sörf artıq uzun illərdir planetlərarası internet standartını hazırlayaraq “NASA” ilə əməkdaşlıq edir. Sörf planetlərarası rabitəni təmin etmək üçün bir neçə protokol hazırlayıb. “Google”-un vitse-prezidenti “Wired” internet nəşrinə verdiyi müsahibəsində kainatın rəqəmli inkişaf perspektivlərindən söz açıb.
Onun sözlərinə görə, klassik TCP/IP protokolu planetlərarası kommunikasiya protokolu kimi uyğun deyil. O, Mars planetində işləyə bilər, lakin Qırmızı planetlə Yer kürəsi arasında etibarlı əlaqə yaratmaq üçün yaramır. Məsələ ondadır ki, bu cür məsafədə sürətli planetlərarası pinq üçün hətta işıq sürəti kifayət deyil. Yer kürəsindən Marsa radiosiqnal 3.5-20 dəqiqə müddətində çatır. Sörfün hazırladığı yeni protokol “Bundle” adlanır.
O, həmçinin qeyd edib ki, mars interneti ənənəvi domen sistemindən istifadə edə bilməyəcək. Məsələ ondadır ki, domen adlarından istifadə zamanı serverlərə xeyli sorğu göndərilir. Bu isə Mars planeti üçün uyğun deyil, çünki xeyli vaxt alacaq. Buna görə onun komandası klassik sistemə əlverişli alternativ axtarır.
Emil Hüseynov
“Google” planetləri internetlə birləşdirəcək
“Google”-un vitse-prezidenti Vint Sörf internet haqqında heç də az bilmir: o, təxminən 30 il əvvəl müasir qlobal şəbəkənin əsas protokolu – “TCP/IP”-nin işlənib hazırlanmasında iştirak edib. Hazırda o, gələcəyə baxaraq planetlərarası internet barədə düşünür.“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, Sörf artıq uzun illərdir planetlərarası internet standartını hazırlayaraq “NASA” ilə əməkdaşlıq edir. Sörf planetlərarası rabitəni təmin etmək üçün bir neçə protokol hazırlayıb. “Google”-un vitse-prezidenti “Wired” internet nəşrinə verdiyi müsahibəsində kainatın rəqəmli inkişaf perspektivlərindən söz açıb.
Onun sözlərinə görə, klassik TCP/IP protokolu planetlərarası kommunikasiya protokolu kimi uyğun deyil. O, Mars planetində işləyə bilər, lakin Qırmızı planetlə Yer kürəsi arasında etibarlı əlaqə yaratmaq üçün yaramır. Məsələ ondadır ki, bu cür məsafədə sürətli planetlərarası pinq üçün hətta işıq sürəti kifayət deyil. Yer kürəsindən Marsa radiosiqnal 3.5-20 dəqiqə müddətində çatır. Sörfün hazırladığı yeni protokol “Bundle” adlanır.
O, həmçinin qeyd edib ki, mars interneti ənənəvi domen sistemindən istifadə edə bilməyəcək. Məsələ ondadır ki, domen adlarından istifadə zamanı serverlərə xeyli sorğu göndərilir. Bu isə Mars planeti üçün uyğun deyil, çünki xeyli vaxt alacaq. Buna görə onun komandası klassik sistemə əlverişli alternativ axtarır.
Emil Hüseynov
Baxış sayı: 972
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib