12px13px15px17px
Tarix:08/05/13

“SSD” disk bazarı yüksək inkişaf mərhələsinə qədəm qoyacaq

"IHS ISuppli" şirkətinin analitiklərinin proqnozuna əsasən, 2017-ci ilədək sərtgövdəli yığıcıların qlobal tədarük həcmi 7 dəfə artacaq ki, bu da sözügedən qurğulara fərdi kompüterlərdə (FK) istifadə edilən məlumatların saxlanılması qurğuları bazarının 33%-nə sahiblənməyə imkan verəcək.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, mütəxəssislərin qiymətləndirməsinə görə, 2017-ci ildə FK üçün 227 milyon SSD disk istehsal ediləcək ki, bu da 2012-ci illə müqayisədə 600% çoxdur.

Eyni zamanda sərt disklərin tədarük həcmi 4 il sonra 14% azalaraq 410 milyon olacaq.

Emil Hüseynov



Baxış sayı: 624

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024