Tarix:08/05/13
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, açılışda "AG Telekom" (KATV1 brendinin sahibi) şirkətinin baş direktoru Samir Qurbanov şirkətin yaranma tarixindən danışaraq "KATV1" kabel televiziyasının dinamik inkişaf etdiyini, əhatə dairəsinin gün-gündən genişləndiyini bildirdi.
O, həmçinin vurğuladı ki, artıq təkcə paytaxt Bakıda deyil, Gəncə, Mingəçevir və Xırdalan şəhərlərində də şirkət əhaliyə yüksək səviyyədə xidmət göstərir. "KATV1" kabel televiziya operatorunun abonentləri Üzeyir Hacıbəyov, 98B ünvanında yerləşən Səbail xidmət mərkəzində şirkətin fəaliyyəti barədə məlumat əldə edə, kabel şəbəkəsinə qoşulmaq üçün sifariş verə bilərlər. Ödənişlərin qəbulu, paketlərin siyahısında dəyişikliklərin edilməsi və bütün digər məsələlərlə bağlı da yeni mərkəzə müraciət etmək olar.
Xatırladaq ki, hazırda ölkə üzrə "KATV1" kabel televiziyası operatorunun 13 xidmət mərkəzi fəaliyyət göstərir ki, bunlardan 9-u Bakı şəhərində, 4-ü isə (Gəncədə 2 mərkəz, Mingəçevir və Xırdalan şəhərlərində isə 1 mərkəz) regionlardadır.
Şirkət artıq abonentlərə yüksəksürətli internet xidməti də göstərir. Bundan əlavə "KATV1" qəzeti vasitəsilə abonentlər retranslyasiya olunan telekanalların proqramları və digər maraqlı məlumatlarla tanış ola bilərlər.
SEYMUR
“KATV1” kabel televiziyasının yeni xidmət mərkəzi açıldı
"KATV1" kabel televiziyası abunəçilərin rahatlığını təmin etmək məqsədi ilə xidmət mərkəzlərinin sayını artırır. Bu məqsədlə Bakı şəhəri Səbail rayonunda şirkətin yeni mərkəzi istifadəyə verilib."ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, açılışda "AG Telekom" (KATV1 brendinin sahibi) şirkətinin baş direktoru Samir Qurbanov şirkətin yaranma tarixindən danışaraq "KATV1" kabel televiziyasının dinamik inkişaf etdiyini, əhatə dairəsinin gün-gündən genişləndiyini bildirdi.
O, həmçinin vurğuladı ki, artıq təkcə paytaxt Bakıda deyil, Gəncə, Mingəçevir və Xırdalan şəhərlərində də şirkət əhaliyə yüksək səviyyədə xidmət göstərir. "KATV1" kabel televiziya operatorunun abonentləri Üzeyir Hacıbəyov, 98B ünvanında yerləşən Səbail xidmət mərkəzində şirkətin fəaliyyəti barədə məlumat əldə edə, kabel şəbəkəsinə qoşulmaq üçün sifariş verə bilərlər. Ödənişlərin qəbulu, paketlərin siyahısında dəyişikliklərin edilməsi və bütün digər məsələlərlə bağlı da yeni mərkəzə müraciət etmək olar.
Xatırladaq ki, hazırda ölkə üzrə "KATV1" kabel televiziyası operatorunun 13 xidmət mərkəzi fəaliyyət göstərir ki, bunlardan 9-u Bakı şəhərində, 4-ü isə (Gəncədə 2 mərkəz, Mingəçevir və Xırdalan şəhərlərində isə 1 mərkəz) regionlardadır.
Şirkət artıq abonentlərə yüksəksürətli internet xidməti də göstərir. Bundan əlavə "KATV1" qəzeti vasitəsilə abonentlər retranslyasiya olunan telekanalların proqramları və digər maraqlı məlumatlarla tanış ola bilərlər.
SEYMUR
Baxış sayı: 1385
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır