12px13px15px17px
Tarix:08/05/13

“Elektron hökumət” portalına yeni e-xidmət inteqrasiya edilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının növbəti elektron xidməti “Elektron hökumət” portalına əlavə edilib. “ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, “Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi” adlanan bu xidmət vasitəsilə abituriyentlər sınaq imtahanlarının nəticələri haqqında ətraflı məlumat əldə edə bilərlər.

Bu məlumatlara imtahan verən abituriyentin iş nömrəsi, test imtahanının dili, tarixi, ixtisas qrupu, seçdiyi xarici dil, variant, imtahanın keçirildiyi yer, həmçinin ayrı-ayrı fənlər üzrə düzgün və səhv cavabların sayı, toplanılan nisbi bal və ümumi bal haqqında informasiyalar daxildir. Abituriyentlərə həmin nəticələri PDF faylında çap etmək imkanı da verilib.

Gələcəkdə TQDK tərəfindən təkcə sınaq imtahanlarının deyil, eyni zamanda ali məktəblərə qəbul imtahanlarının nəticələri ilə bağlı məlumatların da təqdim edilməsi nəzərdə tutulub. Bundan əlavə, "Azercell", "Bakcell" və "Nar Mobile" abunəçiləri sınaq imtahanının nəticələrini SMS vəsitəsilə də öyrənə bilərlər. Bunun üçün iş nömrəsini SMS-lə 7727-yə göndərmək kifayətdir.

CAHANGİR



Baxış sayı: 891

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024