12px13px15px17px
Tarix:04/08/11

“Facebook”un tətbiq etdiyi biometrik sistem qanunlara ziddir

Hamburqda yerləşən İnformasiya müdafiəsi üzrə idarə qərara alıb ki, “Facebook”un fotolarda istifadəçilərin üzlərini tanımaqla bağlı tətbiq etdiyi sistem Almaniya qanunvericiliyinə ziddir. Bu barədə “The Financial Times” yazıb.
İdarəetmə rəhbəri Yohann Qaspar bildirib ki, “Facebook” istifadəçilərin razılığı olmadan üzün forması və gözlər arasındakı məsafə kimi biometrik məlumatları toplamaq hüququna malik deyil. O, sosial şəbəkə administrasiyasına bu funksiyanı dəyişdirməyi və ya onu deaktiv etməyi bildirib. Qasparın sözlərinə görə, indiyə qədər toplanmış bütün informasiya silinmiş olmalıdır.
Qaspar bu məsələ ilə bağlı “Facebook” şəbəkəsinə 2 həftə vaxt verib. Əks təqdirdə, o, “Facebook”a qarşı məhkəmə təhqiqatına başlamağa söz verib. Bu isə sosial şəbəkəyə şəxsi həyata müdaxilə üçün 300 min avroya (426 min dollar) qədər cərimə ilə bitə bilər. Hamburq hüquq müdafiəçilərinin təşəbbüsü Berlində, həmçinin digər Avropa ölkələrində, məsələn, Böyük Britaniyada dəstəklənə bilər.
Qaspar dəqiqləşdirib ki, iddia üzlərin tanınması üzrə proqram işinin mahiyyəti ilə deyil, insanlar haqqında biometrik informasiya toplanması və sonra onların razılığı olmadan həmin məlumatların saxlanılması ilə bağlıdır.
“Facebook” administrasiyası isə öz növbəsində, alman hüquq müdafiəçilərinin iddialarına baxmağa söz verib və bu halda bildirib ki, sosial şəbəkənin bütün xidmətləri və funksiyaları müəllif hüquqları haqqında qanunvericiliyin Avropa standartlarına uyğun olaraq hazırlanıb.



Baxış sayı: 1913

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 Oktyabr 2024

05 10 2024