12px13px15px17px
Tarix:10/05/13

Jurnalistlər öz aralarında yalnız 2 qəpiyə danışacaqlar

"Nar Mobile" media nümayyəndələri üçün xüsusi olaraq yeni "NarMedia" tarif planı təqdim edir. Tarif planına qoşulan jurnalistlər indi öz aralarında cəmi 2 qəpik ödəməklə danışacaqlar.

Yeni tarif planı bütün TV, radio, internet media nümayəndələri, və Mətbuat Şurasında qeydiyyatdan keçmiş qəzet və jurnalların əməkdaşları üçün açıqdır.

""Nar Mobile" yarandığı gündən jurnalistlərlə əməkdaşlığa böyük önəm verir. Məlumdur ki, jurnalistlər hər zaman dinamik həyat tərzi sürən və gün ərzində xeyli insan ilə ünsiyyətdə olan peşə sahibləridir. Müasir dövrdə isə mobil rabitə imkanları jurnalistlərin işini asanlaşdıran amillərdəndir. Məhz bu səbəbdən biz, KİV nümayəndələri üçün xüsusi, daha sərfəli Tarif Planını təqdim etmək qərarına gəldik. Əminəm ki, bu tarifə qoşulacaq jurnalistlərin işi daha da rahatlaşacaq və onlar bizi daha operativ olaraq xəbərlərlə məlumatlandıracaqlar", - deyə Nar Mobile-ın Baş Direktoru, Kent Maknili bildirib.

Tarif planına qoşulmaq üçün jurnalistlər şirkətin "Nar Dünyası" mərkəzlərinə müraciət edib aşağıdakı sənədləri təqdim etməlidilər:

• şəxsiyyət vəsiqəsi;

• jurnalist fəaliyyətini təsdiq edən vəsiqə;

• iş yerindən arayış (möhür, imza, ünvan, telefon ve e-poçt qeyd olunmaqla);

• Mətbuat Şurasında qeydiyyat sənədi (ancaq qəzet və jurnallar üçün)




Baxış sayı: 732

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024