Tarix:13/05/13
Şimal bölgəsini rəqəmsal televiziya ilə təmin etmək və analoq efir yayımını daha da gücləndirmək məqsədilə qurulmuş stansiyadakı teleötürücü qülləsinin hündürlüyü 73 metrdir. Qüllə ilə yanaşı, ərazidə texniki bina da inşa olunub.
Stansiyanın açılış mərasimində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Teleradio İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov bildirib ki, yeni stansiyanın istifadəyə verilməsi yayımın keyfiyyətli olmasına şərait yaradacaqdır.
Yayım dairəsi 100 kilometr olan yeni stansiyadan 12 televiziya kanalı yayımlanacaqdır. Şabran rayonunun Dağbilici, Xaçmazın isə Yalama kəndlərində də bu cür stansiyaların tikilməsi nəzərdə tutulub.
Mərasimdə bildirilmişdir ki, yeni yayım texnologiyasına keçid xarici telekanalların Azərbaycanın efir məkanına qeyri-qanuni müdaxiləsinin də müəyyən qədər qarşısını alacaqdır. Açılış mərasimindən sonra stansiya ilə tanışlıq olub.
Quba rayonunun Dağlı kəndində yeni teleradio yayım stansiyası istifadəyə verilib
Quba rayonunun Dağlı kəndində yeni teleradio yayım stansiyasının açılış mərasimi keçirilib.Şimal bölgəsini rəqəmsal televiziya ilə təmin etmək və analoq efir yayımını daha da gücləndirmək məqsədilə qurulmuş stansiyadakı teleötürücü qülləsinin hündürlüyü 73 metrdir. Qüllə ilə yanaşı, ərazidə texniki bina da inşa olunub.
Stansiyanın açılış mərasimində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Teleradio İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov bildirib ki, yeni stansiyanın istifadəyə verilməsi yayımın keyfiyyətli olmasına şərait yaradacaqdır.
Yayım dairəsi 100 kilometr olan yeni stansiyadan 12 televiziya kanalı yayımlanacaqdır. Şabran rayonunun Dağbilici, Xaçmazın isə Yalama kəndlərində də bu cür stansiyaların tikilməsi nəzərdə tutulub.
Mərasimdə bildirilmişdir ki, yeni yayım texnologiyasına keçid xarici telekanalların Azərbaycanın efir məkanına qeyri-qanuni müdaxiləsinin də müəyyən qədər qarşısını alacaqdır. Açılış mərasimindən sonra stansiya ilə tanışlıq olub.
Baxış sayı: 1688
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı