12px13px15px17px
Tarix:13/05/13

Dövlət Komissiyası elektron sorğuların statistikasını açıqlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya aprel ayı ərzində elektron poçt ünvanına daxil olan sorğuların statistikası və məzmununu açıqlayıb.

“ICTnews” elektron xəbər xidmətinin komissiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən ay ərzində DQMK-nın elektron ünvanına 80 sorğu daxil olub. Sorğulardan 28-i dövlət qulluğuna qəbul qaydaları, 15-i müsabiqənin test mərhələsində iştirak etmək üçün onlayn qeydiyyatdan keçmə, 6-sı növbəti müsabiqənin vaxtı, 6-sı 6 aprel 2013-cü il tarixdə elan edilmiş müsabiqə, 4-ü müraciətə baxılması və həll olunması ilə bağlı olub.

Eyni zamanda, vətəndaşlar tərəfindən komissiyanın elektron poçtuna 7 CV göndərilib, sorğularına vaxtında və dolğun cavab verilməsi ilə bağlı 3 təşəkkür məzmunlu məktub ünvanlanıb.

Bununla yanaşı, hər biri 2 ədəd olmaqla ixtisas uyğunluğu, komissiyada təcrübə keçmə, 6 aprel 2013-cü il tarixdə elan edilmiş müsabiqənin test imtahanı tarixi, test imtahanı proqramı, hər biri 1 ədəd olmaqla komissiyada vətəndaşların qəbul günləri, dövlət qulluğuna dair qanunvericilik və komissiyanın səlahiyyətinə aid olmayan məsələ ilə əlaqədar sorğular daxil olub.

Bütün sorgular qanunvericilikdə nəzərdə tutulan müddətdə cavablandırılıb.

CAHANGİR



Baxış sayı: 689

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024