12px13px15px17px
Tarix:13/05/13

Şahmar Mövsümov : "Bu ilin sonuna kimi “Hər evə optika” layihəsinin maliyyələşdirilməsinə başlanılacaq"

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2013-cü ilin sonuna kimi “Hər evə optika” layihəsinin maliyyələşdirilməsinə başlamağı nəzərdə tutur. Bu barədə cümə günü jurnalistlərə fondun icraçı direktoru Şahmar Mövsümov məlumat verib.

“Layihə bəzi islahatları nəzərdə tutur, bu səbəbdən onun hazırlanması davam edir. Maliyyələşdirmə hələ başlamayıb. Yalnız islahatlar paketi tam formalaşdıqdan, müzakirə və təsdiq edildikdən sonra layihənin maliyyələşdirilməsinə başlanacaq. Düşünürəm ki, bu, cari ilin sonuna kimi baş verəcək”, - deyə Ş.Mövsümov qeyd edib.

Xəbər verildiyi kimi, “Hər evə optika” layihəsi Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən həyata keçirilir. Layihə ucqar regionlar da daxil olmaqla, ölkədə genişzolaqlı internetin (ADSL) inkişafına yönəlib.

Layihənin dəyəri $500 mln. təşkil edir. ARDNF-in 2013-cü il büdcəsində bu məqsədlərə 103 mln. 555,9 min manatın ayrılması nəzərdə tutulur.

Üç il müddətinə nəzərdə tutulan layihə yüksək rentabelli hesab olunur. İkinci ildən başlayaraq onun ümumi dəyərinin 30-35%-i təkrar investisiya hesabına maliyyələşdiriləcək. Layihənin əsas məqsədi ucqar kənd yaşayış məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisini 10-100 meqabit saniyə həddində sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85%-ə çatdırmaqdır ki, bu da Azərbaycana 2017-ci ilədək dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çıxmağa imkan verəcək.



Baxış sayı: 1786

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024