Tarix:13/05/13
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, son bir ildə Qərb "bitcoin"-startupları "Coinbase", "Coinsetter" və "CoinLabs" biznes-mələklərinin, investisiya fondlarının və özəl sərmayədarların milyonlarla vəsaitlərini cəlb ediblər. Özü-özlüyündə "Bitcoin" valyutasının hər hansı Mərkəzi Bankı yoxdur, lakin buna baxmayaraq ona olan kredit etibarı getdikcə artır.
Ötən həftə komissiyasız internet-ödənişlərdə ixtisaslaşan "Coinbase" operatoru, «Twitter»dən və "Union Square Ventures" fondundan 5 milyon dollar cəlb etdiyini bəyan edib. Bu ilin aprel ayında digər "bitcoin"-startup – "OpenCoin" – "Andreessen Horowitz" vençur fondundan daha 2 milyon dollar cəlb edib. "Union Square" fondunun idarəedici tərəfdaşı Fred Uilson, deyib ki, gələcəkdə "bitcoin"-startuplar daha çox real pul cəlb edəcək. "Coinbase" platforması, istifadəçilərə virtual valyuta almağa, onu rəqəmli pul kisəsində saxlamağa, mal və xidmət satıcıları ilə hesablaşmağa imkan verən eyni adlı onlayn-servisi idarə edir. Hazırda sistemin istifadəçilərinin sayı 116 min müştəridən çoxdur.
"Coinbase" bildirib ki, onun konvertasiyalarının həcmi həftə ərzində 15%, istifadəçi bazası isə 12% artır. "Coinbase" tranzaksiyaların keçirilməsi üçün 1% komissiya alır. "Bitcoin" tipik istifadəçiləri internet-hosterlər, tanışlıq saytları və digərləridir. "PayPal" kimi nəhənglərdə bu valyutanın istifadəsindən qaçmırlar.
Apreldə "Ebay"ın rəhbəri Jon Donahyu bəyan edib ki, şirkət "Bitcoin"un "PayPal" ödəniş sisteminə inteqrasiyası məsələsini nəzərdən keçirir.
Qeyd edək ki, "Bitcoin"un mərkəzi requlyatoru olmadığından, valyuta qiymət dəyişməsinə məruz qalır və bu, sistemin əsas problemidir. Belə ki, 2012-ci ilin iyununda onu 5 dollara almaq olardı, bu ilin aprel ayında isə onun qiyməti 266 dollar təşkil edib.
Hazırda kurs 108 dollaradək düşüb. Lakin bu, iri sərmayədarları qorxutmur. "Facebook", "PayPal" və s. sistemlərinə sərmayə qoyan "Kleiner Perkins Caufield & Byers" vençur şirkətindən bildirilir ki, hazırda onlar aktiv olaraq "bitcoin"-bazarını öyrənirlər.
Aynur Vəliyeva
Virtual valyuta ilə işləyən startuplar investorların diqqətini cəlb edir
"Bitcoin" şəbəkə virtual valyutası ilə işləyən startuplar investorların diqqətini cəlb edirlər, baxmayaraq ki, "Bitcoin" valyutası maliyyə manipulyasiyaları üçün istifadə edilir və maliyyə alverçilərinin təsirinə meyillidir."ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, son bir ildə Qərb "bitcoin"-startupları "Coinbase", "Coinsetter" və "CoinLabs" biznes-mələklərinin, investisiya fondlarının və özəl sərmayədarların milyonlarla vəsaitlərini cəlb ediblər. Özü-özlüyündə "Bitcoin" valyutasının hər hansı Mərkəzi Bankı yoxdur, lakin buna baxmayaraq ona olan kredit etibarı getdikcə artır.
Ötən həftə komissiyasız internet-ödənişlərdə ixtisaslaşan "Coinbase" operatoru, «Twitter»dən və "Union Square Ventures" fondundan 5 milyon dollar cəlb etdiyini bəyan edib. Bu ilin aprel ayında digər "bitcoin"-startup – "OpenCoin" – "Andreessen Horowitz" vençur fondundan daha 2 milyon dollar cəlb edib. "Union Square" fondunun idarəedici tərəfdaşı Fred Uilson, deyib ki, gələcəkdə "bitcoin"-startuplar daha çox real pul cəlb edəcək. "Coinbase" platforması, istifadəçilərə virtual valyuta almağa, onu rəqəmli pul kisəsində saxlamağa, mal və xidmət satıcıları ilə hesablaşmağa imkan verən eyni adlı onlayn-servisi idarə edir. Hazırda sistemin istifadəçilərinin sayı 116 min müştəridən çoxdur.
"Coinbase" bildirib ki, onun konvertasiyalarının həcmi həftə ərzində 15%, istifadəçi bazası isə 12% artır. "Coinbase" tranzaksiyaların keçirilməsi üçün 1% komissiya alır. "Bitcoin" tipik istifadəçiləri internet-hosterlər, tanışlıq saytları və digərləridir. "PayPal" kimi nəhənglərdə bu valyutanın istifadəsindən qaçmırlar.
Apreldə "Ebay"ın rəhbəri Jon Donahyu bəyan edib ki, şirkət "Bitcoin"un "PayPal" ödəniş sisteminə inteqrasiyası məsələsini nəzərdən keçirir.
Qeyd edək ki, "Bitcoin"un mərkəzi requlyatoru olmadığından, valyuta qiymət dəyişməsinə məruz qalır və bu, sistemin əsas problemidir. Belə ki, 2012-ci ilin iyununda onu 5 dollara almaq olardı, bu ilin aprel ayında isə onun qiyməti 266 dollar təşkil edib.
Hazırda kurs 108 dollaradək düşüb. Lakin bu, iri sərmayədarları qorxutmur. "Facebook", "PayPal" və s. sistemlərinə sərmayə qoyan "Kleiner Perkins Caufield & Byers" vençur şirkətindən bildirilir ki, hazırda onlar aktiv olaraq "bitcoin"-bazarını öyrənirlər.
Aynur Vəliyeva
Baxış sayı: 1019
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır