Tarix:13/05/13
“ICTnews” xəbər xidmətinin “www.cibersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, Qazaxıstanın Milli Kosmik Agentliyinin sədri Talqat Musabayev bildirib ki, “KazSat-3” peyki Rusiyanın “Luç” kosmik aparatı ilə birgə 2014-cü ilin birinci rübündə orbitə buraxılacaq.
Musabayev qeyd edib ki, "KazSat" seriyalı peyklərin yaradılmasının əsas məqsədi qarşılıqlı rezervləməni və milli rabitə və yayım operatorlarının tələbatlarını yerinə yetirmək üçün bütün peyk və teleradio yayım şəbəkələrinin dəstəklənməsini təmin etməkdir.
O, həmçinin bildirib ki, Qazaxıstanda “GPS” və “Glonass” sistemləri üçün nəqliyyat vasitələrində tətbiq edilən istifadəçi naviqasiya avadanlığının istehsalına başlanılıb. Sistemlərdən biri sıradan çıxdığı halda ikinci alternativ sistemi istifadə etmək mümkün olacaq.
“Kazkosmos”un verdiyi məlumata əsasən, istifadəçi naviqasiya sistemlərinin yaradılması, ölkədə formalaşdırılan naviqasiya infrastrukturu sisteminə daxildir. Bununla yanaşı, diferensial stansiyalar əsasında regional naviqasiya sistemi də yaradılır.
Aynur Vəliyeva
Qazaxıstan üçüncü peykini orbitə göndərməyə hazırlaşır
Qazaxıstan 2014-cü ildə üçüncü peyki orbitə göndərəcək. Bu peyk ödənişli əsaslarla Qırğızıstan, Türkmənistan, Rusiya və Özbəkistana telekommunikasiya xidmətləri göstərəcək.“ICTnews” xəbər xidmətinin “www.cibersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, Qazaxıstanın Milli Kosmik Agentliyinin sədri Talqat Musabayev bildirib ki, “KazSat-3” peyki Rusiyanın “Luç” kosmik aparatı ilə birgə 2014-cü ilin birinci rübündə orbitə buraxılacaq.
Musabayev qeyd edib ki, "KazSat" seriyalı peyklərin yaradılmasının əsas məqsədi qarşılıqlı rezervləməni və milli rabitə və yayım operatorlarının tələbatlarını yerinə yetirmək üçün bütün peyk və teleradio yayım şəbəkələrinin dəstəklənməsini təmin etməkdir.
O, həmçinin bildirib ki, Qazaxıstanda “GPS” və “Glonass” sistemləri üçün nəqliyyat vasitələrində tətbiq edilən istifadəçi naviqasiya avadanlığının istehsalına başlanılıb. Sistemlərdən biri sıradan çıxdığı halda ikinci alternativ sistemi istifadə etmək mümkün olacaq.
“Kazkosmos”un verdiyi məlumata əsasən, istifadəçi naviqasiya sistemlərinin yaradılması, ölkədə formalaşdırılan naviqasiya infrastrukturu sisteminə daxildir. Bununla yanaşı, diferensial stansiyalar əsasında regional naviqasiya sistemi də yaradılır.
Aynur Vəliyeva
Baxış sayı: 718
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır