12px13px15px17px
Tarix:14/05/13

“Elsevier”in məlumat bazası əsasında Azərbaycan alimlərinin elmi göstəriciləri üzrə ətraflı hesabat hazırlanacaq

Prezident yanında Elmin İnkişafı Fondunda (EİF) “Science Direct” və “Scopus” kimi mükəmməl elektron xidmətləri və 30 milyona yaxın istifadəçisi olan, dünyanın ən iri nəşriyyatlarından biri - “Elsevier”in Türkiyə və Mərkəzi Asiya ölkələri üzrə menecerləri Ayhan Akanay Saraçoğlu və Yıldız Kıdıraliyeva ilə görüş keçirilib.

Fonddan verilən məlumata görə, görüşdə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev EİF-in fəaliyyəti haqda ətraflı məlumat verib. A.Saraçoğlu isə nəhəng informasiya mənbəyi olan “Elsevier”in imkan və üstünlükləri haqqında çıxış edib, Azərbaycan alimlərinin 2007-2011-ci illər ərzində elmi fəaliyyətinə dair göstəricilərindən danışıb.

Görüşdə Fond ilə “Elsevier” arasında əməkdaşlıq əlaqələrinin inkişafı perspektivləri müzakirə olunub, “Elsevier” tərəfindən müntəzəm olaraq Azərbaycan alimləri üçün öyrədici seminar və treninqlərin keçirilməsinə EİF-in dəstək verəcəyi razılaşdırılıb.

Azərbaycan alimlərinin Qərbdə nəşr olunan elmi jurnallara göndərilmək üçün hazırladığı məqalələrin tərtibatına kömək məsələsi də müzakirə edilib, həmçinin Fond və “Elsevier” nümayəndələri nəşriyyatın məlumat bazası əsasında Azərbaycan alimlərinin elmi göstəricilərini müqayisəli şəkildə əks etdirəcək ətraflı hesabat hazırlayacaqlarını razılaşdırıblar. Qeyd edək ki, 1880-ci ildə Hollandiyada əsası qoyulmuş və hazırda dünyanın nəhəng nəşriyyat evlərindən biri olan “Elsevier” dünya üzrə elmi jurnallarda nəşr olunan məqalələrin təqribən 25 faizini çap edir.

Aparıcı elmi-texniki informasiya nəşriyyatı olan “Elsevier” 2000-dən çox elmi jurnal buraxır və öz elektron internet portalında 11 milyondan çox elmi məqalə ilə tanış olmaq imkanı yaradır.

Nəşriyyat dünyanın 180 ölkəsindən olan 4500-dən yuxarı qurumlara (akademiyalar, elmi-tədqiqat müəssisələri, universitetlər, kitabxanalar və s.) xidmət göstərir. “Elsevier”-in “Science Direct” və “Scopus” kimi mükəmməl elektron xidmətləri və 30 milyona yaxın istifadəçisi var.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 393

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Avqust 2019

24 08 2019

24/08/19
“Silence” haker qruplaşmasının vurduğu ziyan açıqlanıb

“Silence” haker qruplaşmasının bütün dünya üzrə vurduğu ziyan 4,2 milyon dollar təşkil edib. Bu barədə ki

24/08/19
“5G” infrastrukturu sahəsində xərclər 2 dəfə artacaq

“Gartner” analitik şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) infrastrukturunun inkişafı üzrə proqn

24/08/19
“Intel” süni intellekt üçün ilk prosessor hazırlayıb

“Intel” şirkəti “Nervana NNP-I” (digər adı Springhill) prosessorunu təqdim edib.