12px13px15px17px
Tarix:14/05/13

Fransa smartfonlara və planşetlərə vergi tətbiq edəcək

Fransa hökuməti smartfon, planşet və digər bu kimi qurğulara vergi tətbiq etməyə hazırlaşır. "ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, bu vergidən toplanan vəsaitlər fransız incəsənətinin, filmlərin və musiqinin qorunmasına və maliyyələşdirilməsinə buraxılmalıdır. Bu təkliflə ölkə prezidenti Fransua Olland yanında təsis edilmiş hökumət komissiyası çıxış edib.

Komissiyanın bəyanatında qeyd edilib ki, vergi "Fransanın müstəsna sərvətinin və nəhəng mədəni irsinin rəqəmli əsrdə qorunması"na yönəlib. Vergi çərçivəsində hökumət 4%-lik rüsumu ölkə sərhədindən keçirilən smartfon və planşetlərin idxal qiymətindən çıxacaq.

Vergi eyni zamanda, "internet vasitəsi ilə mədəni kontentə çıxış əldə etməyə imkan verən" elektron riderlərə və geniş çeşidli digər qurğulara tətbiq ediləcək. "Bir sıra şirkətlər hazırda aktiv olaraq istehlakçıları planşet əldə etməyin vacibliyinə inandırırlar. Onlar öz qurğularının satışlarından əldə edilən gəlirlərin kontent yaradıcıları ilə bölünməsində iştirak etməlidirlər ", - deyə Fransanın mədəniyyət naziri Oreli Filippeti bildirib.

Onun sözlərinə əsasən, vergi gələn ilin büdcəsinə daxil edilə bilər. Hökumət komissiyasının məruzəsində bildirilir ki, qeyd edilən vergi rəqəmli iqtisadiyyatda mövcud olan disbalansın aradan qaldırılmasında effektiv vasitə ola bilər.

"Vergini kontentin yaradılmasında iştirak edən, lakin qurğu istehsalçısı ilə birbaşa əməkdaşlıq etməyən kontent yaradıcıları üçün kompensasiya kimi də istifadə etmək mümkündür ", - Filippeti deyib.

Planşet və smartfon istehsalçılarının maraqlarının müdafiəsi ilə məşğul olan "DigitalEurope" assosiasiyası, Fransa hökumətinin son təşəbbüsünü düzgün addım kimi qiymətləndirib. Digər tərəfdən, "Canal Plus"un keçmiş rəhbəri Pyer Leksye deyir ki, bu vergi Fransanın tez dəyişən rəqəmli dünyaya uyğunlaşmaq cəhdidir.

Fransanın mədəniyyət naziri bildirib ki, vergi "çox aşağı səviyyədə" müəyyən edilib. Əvvəl onlar 1% səviyyəsində verginin təyin edilməsini təklif edirdilər, bu da nazirliyin büdcəsini ildə 90 milyon avro artıra bilər, lakin siyasətçilər verginin 3-4% həcmində təyin edilməsini daha məqsədəuyğun hesab ediblər.

Xatırladaq ki, Fransa bir müddət öncə sərt disklərə və mühafizə sistemlərinə olan vergiləri təsdiq edib və bu, fiziki daşıyıcılara yazılan kontentin satışı ilə bağlı gəlir itkiləri ilə mübarizə aparmağa imkan verir.

Ölkə miqyasında illik vergi 200 milyon avrodan çox təşkil edir. Avropa Birliyinin digər ölkələri Fransanın bu hərəkətini bəyənməyiblər.

Aynur Vəliyeva



Baxış sayı: 345

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Avqust 2019

21 08 2019

21/08/19
Şəhərdə vəziyyəti izləyən və onun sakinlərini müdafiə edən “ağıllı” küçə fənərləri təqdim edilib

“Sapphire Now and ASUS” illik konfransında “Signifiy BrightSites” şirkətinin istehsalı olan küçə fənərləri t

21/08/19
Kvant interneti üçün ilk protokol yaradılıb

Niderlandın “QuTech” tədqiqat mərkəzi kvant internetinin yaradılması məqsədilə yeni texnologiya təqdim edib.

21/08/19
Smartfonların beynin aktivliyinə təsiri araşdırılıb

ABŞ-ın Ratqers Universitetinin alimlərinin qənaətinə görə, fasilədə istirahət etmək üçün mobil telefondan

21/08/19
Məqsədyönlü kiberhücumların payı artır

“Positive Technologies” şirkəti cari ilin ikinci rübündə kibertəhdidlərin inkişafı haqqında hesabat açıql

21/08/19
Smartfonda az yer tutan “Google Go” proqramı əlçatan olub

Smartfonun daimi yaddaşında 7 MB yer tutan, “Android” sistemi ilə işləyən qurğularda “Google”un standart

21/08/19
“Microsoft” şirkəti spam mesajlarını filtrdən keçirmək imkanına malik proqram təqdim edib

“Microsoft” şirkəti spam mesajları filterdən keçirmək imkanına malik "SMS Organizer" mobil tətbiqini “An

21/08/19
Süni intellekt üçün ən böyük prosessor təqdim edilib

“Cerebras” şirkəti “Hot Chips” konfransında 1,2 trilyon tranzistorun quraşdırıldığı və məxsusi olaraq sün

21/08/19
Videomüşahidə sistemləri üçün süni intellekt həlli hazırlanır

“NetApp” və “Bosch Building Technologies” şirkətləri müasir videomüşahidə sistemləri üçün təh