Tarix:14/05/13
Gəncə RTYF-nin texniki şöbəsinin müdiri Vüqar Hüseynovun verdiyi məlumata görə, Gəncə şəhərində, Göyçayda, Ağstafa rayonunun Poylu kəndində, Daşkəsəndə və rayonun Qabaqtəpə kəndində, Tovuzda və rayonun Böyük Qışlaq, Kirzan kəndlərində, Gədəbəydə və rayonun Gər-Gər, Hacılar, Yeni Saratovka, Samanlıq kəndlərində yerləşən Radio Televiziya Yayım Stansiyalarında gücləri 300, 600-1200 vatt olan xaricdə istehsal olunmuş müasir rəqəmli DVB-T TV vericiləri quraşdırılıb, istifadəyə verilib.
Nəticədə, Gəncə-Qazax iqtisadi zonasında 10 ədəd TV proqramının – “AzTV”, “Mədəniyyət”, “İdman Azərbaycan”, İTV, ANS, “Space”, “Lider”, TRT1, “Xəzər” və ATV-nin sosial paket şəklində qəbulu təmin olunub. Gəncə Radio Televiziya Yayım Stansiyasında 1200 vatt gücündə rəqəmli DVB-T TV vericisi ilə sosial paket də daxil olmaqla 54 ədəd kommersiya TV proqramlarının yayımı həyata keçirilir.
RƏVAN
Gəncə-Qazax iqtisadi zonasında 10 ədəd TV proqramının sosial paket şəklində qəbulu təmin olunub
Gəncə Radio Televiziya Yayım Filialının (RTYF) stansiyalarında televiziya proqramlarının yayım keyfiyyətinin yüksəldilməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyi tərəfindən tədbirlər davam etdirilir.Gəncə RTYF-nin texniki şöbəsinin müdiri Vüqar Hüseynovun verdiyi məlumata görə, Gəncə şəhərində, Göyçayda, Ağstafa rayonunun Poylu kəndində, Daşkəsəndə və rayonun Qabaqtəpə kəndində, Tovuzda və rayonun Böyük Qışlaq, Kirzan kəndlərində, Gədəbəydə və rayonun Gər-Gər, Hacılar, Yeni Saratovka, Samanlıq kəndlərində yerləşən Radio Televiziya Yayım Stansiyalarında gücləri 300, 600-1200 vatt olan xaricdə istehsal olunmuş müasir rəqəmli DVB-T TV vericiləri quraşdırılıb, istifadəyə verilib.
Nəticədə, Gəncə-Qazax iqtisadi zonasında 10 ədəd TV proqramının – “AzTV”, “Mədəniyyət”, “İdman Azərbaycan”, İTV, ANS, “Space”, “Lider”, TRT1, “Xəzər” və ATV-nin sosial paket şəklində qəbulu təmin olunub. Gəncə Radio Televiziya Yayım Stansiyasında 1200 vatt gücündə rəqəmli DVB-T TV vericisi ilə sosial paket də daxil olmaqla 54 ədəd kommersiya TV proqramlarının yayımı həyata keçirilir.
RƏVAN
Baxış sayı: 1151
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı