12px13px15px17px
Tarix:14/05/13

"Sazz" şirkətinin rəhbəri beynəlxalq forumda iştirak edib

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində mayın 13-dən işə başlayan Yaxın Şərq və Afrika ölkələrinin "LTE 4G" şəbəkələrinə həsr olunmuş forumu davam edir.

Regionun 30 ölkəsindən İKT sahəsində ixtisaslaşan 600-dən artıq şirkət və təşkilat liderlərinin toplaşdığı foruma Azərbaycanda "Mobil WiMax" texnologiyası əsasında internet xidmətləri göstərən şirkətin qurucusu kimi Ceyhun Mollazadə də rəsmi dəvət alıb. Mayın 14-də məruzəçilər arasında olan Ceyhun Mollazadə yeni texnologiyaların Azərbaycandakı vəziyyəti və inkişafından danışıb.

Öz çıxışı zamanı C.Mollazadə qeyd edib ki, 2004-cü ildən başlayaraq yüksək sürətlə inkişaf etməyə başlayan internet sektorunda hazırda fiber-optik və simsiz genişzolaqlı internet xidmətlərinin geniş yayılmasına diqqət yetirilir.

O, ölkədə internet xidmətlərinin regionlara və xüsusilə də kommersiya baxımından cəlbedici xarakter daşımayan bölgələrə yayılması məqsədilə Azərbaycan hökumətinin böyük məbləğdə vəsaitlər ayırdığını qeyd edib.

C.Mollazadə həmçinin qeyd edib ki, yaxın illər ərzində Azərbaycanda internet protokolu üzərindən məlumat, xidmət və məhsulların ötürülməsi prosesi təhsil, tibb və digər sahələrdə geniş yayılacaq.

Ceyhun Mollazadə öz çıxışını LTE texnologiyasının üstünlüklərindən və yerli operatorların həmin texnologiyaya mümkün keçid yolları haqqında danışıb.

Forumda simsiz genişzolaqlı texnologiyaların növbəti nəsli sayılan LTE ekosisteminin imkanları və LTE-yə miqrasiya edən operatorların mövcud şəbəkələrini genişləndirərkən üzləşdikləri problemlər də müzakirə edilib. Forum mayın 14-də yekunlaşacaq.

RƏVAN



Baxış sayı: 827

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024