Tarix:15/05/13
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi informasiya yayıb. Mərkəzdən bildirilib ki, adıçəkilən zərərverici proqram təminatı "Chrome" və "Firefox" üçün olan yenilənmələrdə gizlənir.
“Microsoft”un ekspertlərinin bu zərərverici proqram təminatı haqda məlumat yaydıqlarını önə çəkən mərkəzdən o da vurğulanıb ki, sözügedən troyanın köməkliyi ilə hakerlər "Facebook" istifadəçilərinin akkauntlarını çətinlik çəkmədən "oğurlaya" bilirlər.
"Zərərverici kod olan "Trojan:JS/Febipos" ilk dəfə Braziliyada aşkar olunub və sistem tərəfindən "Chrome" ve "Firefox" uzantısı kimi müəyyən edilir.
Sistemə yükləndikdən sonra troyan istifadəçinin "Facebook"da olub-olmamasını müəyyənləşdirir. Sonra isə müxtəlif brauzerlər üçün olan uzantılar siyahısını yükləyir.
Beləliklə, istifadəçinin akkauntuna daxil olduqdan sonra bir sıra dəyişikliklər edilir. Bu dəyişikliklərə çat-sessiyasının aktiv edilməsi, dostların səhifələrinin bəyənilməsi («like» edilməsi), şəxsin tanımadığı qruplara qoşulması daxildir".
SEYMUR
Azərbaycandakı “Facebook” istifadəçiləri bu troyandan özünü qorumalıdır
Bütün dünyada, eləcə də Azərbaycanda “Facebook” akkauntları oğurlanır. Bu yeni troyanın yayılması ilə mümkün olub."ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi informasiya yayıb. Mərkəzdən bildirilib ki, adıçəkilən zərərverici proqram təminatı "Chrome" və "Firefox" üçün olan yenilənmələrdə gizlənir.
“Microsoft”un ekspertlərinin bu zərərverici proqram təminatı haqda məlumat yaydıqlarını önə çəkən mərkəzdən o da vurğulanıb ki, sözügedən troyanın köməkliyi ilə hakerlər "Facebook" istifadəçilərinin akkauntlarını çətinlik çəkmədən "oğurlaya" bilirlər.
"Zərərverici kod olan "Trojan:JS/Febipos" ilk dəfə Braziliyada aşkar olunub və sistem tərəfindən "Chrome" ve "Firefox" uzantısı kimi müəyyən edilir.
Sistemə yükləndikdən sonra troyan istifadəçinin "Facebook"da olub-olmamasını müəyyənləşdirir. Sonra isə müxtəlif brauzerlər üçün olan uzantılar siyahısını yükləyir.
Beləliklə, istifadəçinin akkauntuna daxil olduqdan sonra bir sıra dəyişikliklər edilir. Bu dəyişikliklərə çat-sessiyasının aktiv edilməsi, dostların səhifələrinin bəyənilməsi («like» edilməsi), şəxsin tanımadığı qruplara qoşulması daxildir".
SEYMUR
Baxış sayı: 772
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib