12px13px15px17px
Tarix:15/05/13

RİTN və ASAN yeni Dövlət Proqramını Nazirlər Kabinetinə təqdim edib

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə Nazirlər Kabinetinə yeni Dövlət Proqramını təqdim edib.

Nazirliyin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyevin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, artıq "2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "elektron hökumət"in inkişafına dair Dövlət Proqramı"nın layihəsi Nazirlər Kabinetinə təqdim edilib.

"Bu proqramda dövlət elektron xidmətlərinin mobil versiyalarının hazırlanması və təqdim edilməsi, dövlət orqanları tərəfindən daha çox interaktiv xidmətlərin göstərilməsi, "ASAN xidmət" mərkəzlərinin vətəndaşları ən çox maraqlandıran xidmətlər siyahısını təqdim etməsi və bu siyahıya uyğun olaraq interaktiv xidmətlərin hazırlanması məsələləri öz əksini tapıb",- deyə İ. Əliyev bildirib.

Aynur Vəliyeva



Baxış sayı: 1085

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Dekabr 2024

03 12 2024