12px13px15px17px
Tarix:15/05/13

“Bakcell”dən “Samsung” smartfonları

"Bakcell" şirkəti "Samsung Electronics" şirkətinin Azərbaycandakı rəsmi distribüteri "Baku Electronics" ilə birgə bütün CİN abunəçilərinə xüsusi şərtlərlə ən yeni "Samsung" telefonlarını almaq imkanını təklif edir.

May ayının 15-dən etibarən "Baku Electronics" mağazalarından aşağıda qeyd olunan "Samsung" smartfonlarından birini əldə edən bütün cari və yeni CİN abunəçiləri 1 il ərzində pulsuz zəng, SMS, MMS və internetdən yararlanacaqlar:

• "Samsung-I9500"

• "Samsung-I9082"

• "Samsung-I9100"

• "Samsung-I9300"

• "Samsung-N7100"

• "Samsung-I8190"


250 şəbəkədaxili dəqiqə/250 SMS/250 MMS-dən ibarət olan aylıq bonus paketi şəbəkədaxili zənglər, SMS və MMS üçün istifadə oluna bilər. Aylıq bonus paketini almaq üçün balansa hər ay ən azı 15 AZN yüklənməlidir. Bundan əlavə, "Bakcell" abunəçiləri hər ay 250 Mb internet trafiki hədiyyə olaraq əldə edəcəklər.

Bu misilsiz təklifdən "Baku Electronics"-dən kampaniyada iştirak edən "Samsung" smartfonlarından birini əldə edən bütün CİN abunəçiləri yararlana bilər.

RƏVAN



Baxış sayı: 666

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024