12px13px15px17px
Tarix:16/05/13

Məlumat Hesablama Mərkəzi “AzDataKom” istifadəçilərinin sayını açıqlayıb

Hazırda "AzDataKom" genişzolaqlı ADSL xətləri vasitəsilə göstərilən internet xidmətləri üzrə abonentlərin sayı 1520 nəfər təşkil edir. Məlumat Hesablama Mərkəzindən (MHM) "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, istifadəçilərdən 800 nəfəri paytaxtın, 720 nəfəri isə regionların payına düşür. Bununla yanaşı, sözügedən xidmətlərdən 155 korporativ müştəri istifadə edir.

Xatırladaq ki, bütün respublikanı əhatə edən "AzDataKom" istənilən dövlət və özəl sektora aid idarə, bank, müəssisə və təşkilatların, hər-hansı ticarət şəbəkəsinin, anbarların və digər biznes strukturları olan iri bir müəssisənin bir-birindən uzaqda yerləşən filiallarının və onların əməkdaşlarının qarşılıqlı əlaqəsinin müəyyən zaman ərzində bir mərkəzdən idarə olunması üçün yüksək sürətli multiservis şəbəkəsinə malikdir.

Hazırda şəbəkə vasitəsilə yüksəksürətli internetə çıxış, internet protokol üzərindən səs, virtual özəl şəbəkə, oyunlar və əyləncə, videokonferensiya, distant təhsil, teletibb, axın videosu, sorğuya uyğun video, məlumatın saxlanılması, sifariş və interaktiv xidmətlər təqdim edilir.

CAHANGİR



Baxış sayı: 884

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024