Tarix:17/05/13
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, B. Krjaniç sərmayədarlara bildirib ki, şirkət məhsullarının mobil xətlərinin inkişafını sürətləndirmək və mobil sahədə daha aktiv rol oynamaq niyyətindədir. "Biz görürük ki, son vaxtlar şirkət bu istiqamətdə inkişafı ləngidib. Bizim topladığımız bilik bazası və istehsal aktivləri “İntel”ə mobil istiqamətlərdə daha tez inkişaf etməyə imkan verir", - deyə o bildirib.
Şirkətin 40 illik tarixi müddətində B. Krjaniç onun 6-cı baş direktorudur. Analitiklərin proqnozlarına əsasən yeni rəhbərin qarşısına “İntel” şirkətini mobil çipyaratma sahəsində lider etmək kimi strateji məqsəd qoyulub.
Hazırda bu sahədə lider “Samsung”, “Qualcomm”, “Texas Instruments” şirkətləridir, “Intel” isə bu siyahının sonunda olmasına baxmayaraq server və desktop prosessorlar sahələrində güclü mövqe tutur.
Ekspertlərin sözlərinə əsasən, B.Krjaniç və “İntel”in yeni təyin edilmiş prezidenti Rene Jeyms korporasiyanın məhsul xəttini daha smartfo-planşet yönümlü etməlidir, çünki məhz bu kateqoriyalar İT sahədə trend yaradıcıdılar.
Aynur Vəliyeva
“Intel”in yeni baş direktoru vəzifəsinin icrasına başlayıb
“Intel” şirkətinin yeni baş direktoru Brayen Krjaniç dünyanın ən iri çipmeykeri Pol Otellinidən idarəetməni qəbul edərək vəzifəsinin icrasına başlayıb.“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, B. Krjaniç sərmayədarlara bildirib ki, şirkət məhsullarının mobil xətlərinin inkişafını sürətləndirmək və mobil sahədə daha aktiv rol oynamaq niyyətindədir. "Biz görürük ki, son vaxtlar şirkət bu istiqamətdə inkişafı ləngidib. Bizim topladığımız bilik bazası və istehsal aktivləri “İntel”ə mobil istiqamətlərdə daha tez inkişaf etməyə imkan verir", - deyə o bildirib.
Şirkətin 40 illik tarixi müddətində B. Krjaniç onun 6-cı baş direktorudur. Analitiklərin proqnozlarına əsasən yeni rəhbərin qarşısına “İntel” şirkətini mobil çipyaratma sahəsində lider etmək kimi strateji məqsəd qoyulub.
Hazırda bu sahədə lider “Samsung”, “Qualcomm”, “Texas Instruments” şirkətləridir, “Intel” isə bu siyahının sonunda olmasına baxmayaraq server və desktop prosessorlar sahələrində güclü mövqe tutur.
Ekspertlərin sözlərinə əsasən, B.Krjaniç və “İntel”in yeni təyin edilmiş prezidenti Rene Jeyms korporasiyanın məhsul xəttini daha smartfo-planşet yönümlü etməlidir, çünki məhz bu kateqoriyalar İT sahədə trend yaradıcıdılar.
Aynur Vəliyeva
Baxış sayı: 721
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır