12px13px15px17px
Tarix:17/05/13

Elnur Aslanov: “İnternetdə danışıqlara nəzarət etmək çox çətindir”

"Bu gün informasiya texnologiyaları elə inkişaf edib ki, internetdə xüsusi nəzarət altında danışmaq çox çətindir. İstənilən halda bütün sivil və inkişaf etmiş ölkələrdə irqçi, millətçi, gənc nəslin mənəvi tərbiyəsinə zərər verən məlumatların yayılması məhdudlaşdırılır".

APA-nın məlumatına görə, Prezident Administrasiyanın siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov jurnalistlərə Milli Məclisdə internetdə təhqirə görə cərimə nəzərdə tutan qanunun qəbulunu belə şərh edib.

E. Aslanov qeyd edib ki, ABŞ-da 1966-cı ildən kommunikasiyalarda əxlaq normalarına dair qanunun müzakirəsi davam edir: "Avropa Birliyində də bu məsələ ətrafında müzakirələr gedir. İnternet çox sürətlə inkişaf edən məkandır. İnformasiya texnologiyaları günbəgün dəyişir. Bu mənada hər bir dövlət bu sahəni müəyyən mənada tənzimləmək istəyir. Söhbət qətiyyən fikir azadlığın məhdudlaşdırmasından getmir, sadəcə internetin milli seqmentin normalarına uyğunlaşdırılmasından gedir".

Şöbə müdiri əlavə edib ki, əgər kimsə tənqid deyil, təhqir edirsə, bu, cəzasız qalmaya bilməz, əks halda proseslər anarxiyaya gətirib çıxara bilər.



Baxış sayı: 760

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024