12px13px15px17px
Tarix:17/05/13

Mobil rabitə operatorlarının rouminq xidmətlərinin tariflərinin tənzimlənməsinə ehtiyac var

Azərbaycan mobil rabitə operatorlarının göstərdiyi rouminq xidmətlərinin tariflərinin tənzimlənməyə ehtiyacı var.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Azərbaycan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə verdiyi açıqlamada bildirib ki, bu problem təkcə Azərbaycanın deyil, bütün dünyanın problemidir.

"Azərbaycan mobil rabitə operatorlarının göstərdiyi lokal danışıq xidmətlərinin tarifləri normaldır, bunu müşahidə olunan trafikin artım sürəti də göstərir. Lakin rouminq xidmətlərinin tarifləri ilə bağlı problem mövcuddur və bu, təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur. Bu məsələ son vaxtlar keçirilən beynəlxalq tədbirlərdə əsas müzakirə olunan problemlərdən biridir. Bir sıra ölkələrin operatorları qəbul edilməyən dərəcədə gəlirlərini artırmaq imkanlarından istifadə edirlər. Azərbaycanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tənzimləyici orqan kimi operatorların rouminq tariflərini nəzarətdə saxlayır, lakin bunu həmişə etmək mümkün olmur, çünki bu, ikinci tərəfdən asılı olan məsələdir",- deyə nazir qeyd edib.

Aynur Vəliyeva



Baxış sayı: 720

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024