Tarix:18/05/13
Komitənin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, ümumilikdə videokonfransda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarından səhmdar cəmiyyətlərin rəhbərləri iştirak edib. Videokonfransı giriş sözü ilə açan QKDK-nın Aparat rəhbəri Bəxtiyar Əzizov Azərbaycanın müxtəlif bölgələrində komitə tərəfindən bu kimi tədbirlərin mütəmadi olaraq təşkil edildiyini bildirərək, növbəti tədbirin regionda fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin, habelə ictimaiyyətin qiymətli kağızlar bazarı haqqında biliklərinin artırılmasında əhəmiyyətli rolu olacağını qeyd edib.
Aparat rəhbəri tədbirin "2011-2020-ci illərdə Azərbaycan Respublikasında Qiymətli Kağızlar Bazarının İnkişafı" Dövlət Proqramında nəzərdə tutulmuş məlumatlandırma və maarifləndirmə məqsədi ilə həyata keçirildiyini bildirib. Daha sonra müasir telekommunikasiya vasitələrindən istifadə edilməklə, QKDK-nın sədr müavini İlqar Muradov Bakı şəhərindən konfrans iştirakçılarını salamlayaraq, qiymətli kağızlar bazarının mövcud vəziyyəti, inkişaf meyilləri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
Sədr müavini konfransın regionda fəaliyyət göstərən səhmdar cəmiyyətlərində korporativ idarəetmənin prinsiplərinin tətbiqində, maliyyə hesabatlıq sisteminin qanunvericiliyin tələblərinə uyğun şəkildə qurulmasında və səhmdarların hüquqlarının effektiv qorunmasının təmin edilməsində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Daha sonra QKDK-nın hüquq şöbəsinin müdiri Kamran Babayev səhmdar cəmiyyətlərində hesabatlığa dair milli qanunvericiliyin tələbləri və komitə tərəfindən beynəlxalq təşkilatlarla birgə hazırlanan yeni qanunvericilik təşəbbüslərinə dair geniş təqdimat edib. Sonda konfrans iştirakçılarının mövzu ətrafında sualları cavablandırılaraq, ətraflı müzakirələr aparılıb.
HƏQİQƏT
Dövlət qurumları öz fəaliyyətlərində telekommunikasiya vasitələrindən istifadəni genişləndirirlər
Dövlət qurumları öz fəaliyyətlərində telekommunikasiya vasitələrindən istifadəni genişləndirirlər. Belə ki, mayın 17-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı və "PAŞA Bank"ın dəstəyi ilə Quba rayonunda yerləşən Heydər Əliyev Mərkəzində səhmdar cəmiyyətlərində korporativ idarəetmənin və hesabatlıq sisteminin effektivliyinin artırılmasına dair regional videokonfrans təşkil edilib.Komitənin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, ümumilikdə videokonfransda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarından səhmdar cəmiyyətlərin rəhbərləri iştirak edib. Videokonfransı giriş sözü ilə açan QKDK-nın Aparat rəhbəri Bəxtiyar Əzizov Azərbaycanın müxtəlif bölgələrində komitə tərəfindən bu kimi tədbirlərin mütəmadi olaraq təşkil edildiyini bildirərək, növbəti tədbirin regionda fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin, habelə ictimaiyyətin qiymətli kağızlar bazarı haqqında biliklərinin artırılmasında əhəmiyyətli rolu olacağını qeyd edib.
Aparat rəhbəri tədbirin "2011-2020-ci illərdə Azərbaycan Respublikasında Qiymətli Kağızlar Bazarının İnkişafı" Dövlət Proqramında nəzərdə tutulmuş məlumatlandırma və maarifləndirmə məqsədi ilə həyata keçirildiyini bildirib. Daha sonra müasir telekommunikasiya vasitələrindən istifadə edilməklə, QKDK-nın sədr müavini İlqar Muradov Bakı şəhərindən konfrans iştirakçılarını salamlayaraq, qiymətli kağızlar bazarının mövcud vəziyyəti, inkişaf meyilləri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
Sədr müavini konfransın regionda fəaliyyət göstərən səhmdar cəmiyyətlərində korporativ idarəetmənin prinsiplərinin tətbiqində, maliyyə hesabatlıq sisteminin qanunvericiliyin tələblərinə uyğun şəkildə qurulmasında və səhmdarların hüquqlarının effektiv qorunmasının təmin edilməsində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Daha sonra QKDK-nın hüquq şöbəsinin müdiri Kamran Babayev səhmdar cəmiyyətlərində hesabatlığa dair milli qanunvericiliyin tələbləri və komitə tərəfindən beynəlxalq təşkilatlarla birgə hazırlanan yeni qanunvericilik təşəbbüslərinə dair geniş təqdimat edib. Sonda konfrans iştirakçılarının mövzu ətrafında sualları cavablandırılaraq, ətraflı müzakirələr aparılıb.
HƏQİQƏT
Baxış sayı: 675
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır