12px13px15px17px
Tarix:20/05/13

“Yahoo!”-nun Direktorlar Şurası 1,1 milyard dollarlıq satınalmanı təqdir edib

"Yahoo!"-nun Direktorlar Şurası gənclər arasında populyarlığı ilə seçilən "Tumblr" bloq xidmətinin 1.1 milyard dollar satın alınmasını yekdilliklə təqdir edib. Bu barədə "Yahoo!" şirkətinə yaxın mənbələr məlumat verib. Şirkətin mətbuat xidməti bu məsələyə rəsmi münasibət bildirməyib.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, mənbələrin məlumatına əsasən, şirkətin təsisçisi Devid Korp saziş bağlandıqdan sonra xidmət üzərində ən azı 4 il işləyəcək, həm də o, sözügedən bloq-xidmətin strateji və operativ idarəetməsini həyata keçirməli olacaq.

"Yahoo!" şirkətindəki mənbələr bildirirlər ki, Marissa Meyer sözügedən satınalmanın ən fəal tərəfdarıdır və o hesab edir ki, məhz "Tumblr" kimi resurslar "Yeni Yahoo!"-nun əsasını qoymalıdır. Məlumat üçün bildirək ki, "Tumblr" hazırda özəl şirkətdir və onun kapitallaşdırma dəyəri 800 milyon dollar təşkil edir.

Bu ilin aprelində xidmətdən 117 milyon insan istifadə edib, bloqların ümumi sayı 108 milyon olub.

Emil Hüseynov



Baxış sayı: 704

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024