Tarix:20/05/13
Stolüstü kompüterlərə maraq niyə sürətlə azalır?
Əksər kompüter istehsalçılarının maliyyə hesabatları “IDC” və “Gartner” analitiklərinin fərdi kompüter bazarı ilə bağlı mənfi qiymətləndirməsini təsdiqləyir. Onların “ISI Group”-dan həmkarı Brayan Marşall hesab edir ki, yaxın 3-5 ildə kompüter sənayesində 10-20%-lik azalma qeydə alınacaq, bundan sonra vəziyyət sabitləşəcək. “ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Windows 8” əməliyyat sistemi (ƏS) ilə işləyən sensor qurğuların populyarlığının artması, inkişaf etməkdə olan ölkələrin potensialı hələ ki kompüter bazarı üçün müsbət amil olaraq qalır. “HP”, “Dell” və digər şirkətlər sadalanan amillərə baxmayaraq, planşetlər tərəfindən güclü təzyiq nəticəsində fərdi kompüter tədarüklərinin azalmasını kompensasiya edə bilmirlər. “Microsoft” korporasiyasının “Windows XP” ƏS-nin dəstəklənməsini dayandırmağa hazırlaşmağına baxmayaraq, qurumlar adıçəkilən platformadan imtina etməyə tələsmirlər. Hətta yeni ƏS-nə genişmiqyaslı "köçmə" başlansa, o, çətin ki istehlakçı tələbatının azalmasını kompensasiya etməyə imkan verəcək, - “IDC”-nin analitiki Devid Daud əmindir. Emil HüseynovBaxış sayı: 618
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır