Tarix:21/05/13
AİM-dən bildirilib ki, layihənin əsas məqsədi respublikamızın ali məktəblərində internet hüququ və etikası, müxtəlif növ elektron xidmətlərin göstərilməsi, Açıq Hökumətin təşviqi məsələləri ilə bağlı hüquqi maarifləndirmə işlərinin aparılması, eyni zamanda, bu barədə geniş ictimaiyyəti məlumatlandırmaq üçün əyani tədris vəsaiti – "İnternet hüququ və etikası" kitabının hazırlanması ilə ölkəmizdə təhsilin və elektron mədəniyyətin inkişafına ictimai dəstək verməkdir.
Layihə çərçivəsində Azərbaycan Universitetində ekspertlərin, jurnalistlərin, müəllim və tələbələrin iştirakı ilə "İnternet hüququnun və elektron media mədəniyyətinin əhəmiyyəti. Azərbaycanda internet hüququnun təşəkkülü" mövzusunda ilk seminar keçirilib.
Tədbirdə internetin cəmiyyət həyatında mühüm amilə çevrildiyi, qlobal və milli anlamda sosial-iqtisadi və hüquqi dəyişikliklərlə xarakterizə olunduğu qeyd edilmiş, bununla əlaqədar ictimai münasibətlərin yeni növü olan internet münasibətlərinin (virtual münasibətlərin) tənzimlənməsi üzrə qanunlar, proqramlar və inkişaf konsepsiyaları, innovativ dəyərlərin və xüsusi normativ-hüquqi sistemin tətbiqinin zəruriliyi vurğulanıb.
Seminarda Azərbaycanda Açıq Hökumətin təşviqi, elektron media, kibercinayətkarlığa qarşı mübarizə, müxtəlif növ elektron xidmətlərin göstərilməsi, elektron sənəd dövriyyəsi və rəqəmli imza, internetdən istifadənin digər hüquqi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, müxtəlif suallar cavablandırılıb.
Avropaya İnteqrasiya Mərkəzi internet hüququ və mədəniyyəti ilə bağlı təlimlərə başlayıb
Avropaya İnteqrasiya Mərkəzi (AİM) Prezident İlham Əliyevin 2013-cü il 16 yanvar tarixli Sərəncamı ilə 2013-cü ilin ölkədə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunduğunu əsas götürərək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Təhsildə İnternet hüququ və etikası təşəbbüsləri - Açıq Hökumətə dəstək" adlı layihə həyata keçirir.AİM-dən bildirilib ki, layihənin əsas məqsədi respublikamızın ali məktəblərində internet hüququ və etikası, müxtəlif növ elektron xidmətlərin göstərilməsi, Açıq Hökumətin təşviqi məsələləri ilə bağlı hüquqi maarifləndirmə işlərinin aparılması, eyni zamanda, bu barədə geniş ictimaiyyəti məlumatlandırmaq üçün əyani tədris vəsaiti – "İnternet hüququ və etikası" kitabının hazırlanması ilə ölkəmizdə təhsilin və elektron mədəniyyətin inkişafına ictimai dəstək verməkdir.
Layihə çərçivəsində Azərbaycan Universitetində ekspertlərin, jurnalistlərin, müəllim və tələbələrin iştirakı ilə "İnternet hüququnun və elektron media mədəniyyətinin əhəmiyyəti. Azərbaycanda internet hüququnun təşəkkülü" mövzusunda ilk seminar keçirilib.
Tədbirdə internetin cəmiyyət həyatında mühüm amilə çevrildiyi, qlobal və milli anlamda sosial-iqtisadi və hüquqi dəyişikliklərlə xarakterizə olunduğu qeyd edilmiş, bununla əlaqədar ictimai münasibətlərin yeni növü olan internet münasibətlərinin (virtual münasibətlərin) tənzimlənməsi üzrə qanunlar, proqramlar və inkişaf konsepsiyaları, innovativ dəyərlərin və xüsusi normativ-hüquqi sistemin tətbiqinin zəruriliyi vurğulanıb.
Seminarda Azərbaycanda Açıq Hökumətin təşviqi, elektron media, kibercinayətkarlığa qarşı mübarizə, müxtəlif növ elektron xidmətlərin göstərilməsi, elektron sənəd dövriyyəsi və rəqəmli imza, internetdən istifadənin digər hüquqi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, müxtəlif suallar cavablandırılıb.
Baxış sayı: 796
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib