12px13px15px17px
Tarix:21/05/13

3 illik elektron imza kartına sahib olmaq istəyirsiniz?

Elektron imza kartına sahib olmaq istəyənlər üçün onu əldə etməyin daha bir asan yolu yaranıb. Belə ki, “AzDataCom” şəbəkəsi üzrə aylıq abunə haqqını 6 ay əvvəlcədən ödəyən hər bir istifadəçi pulsuz 3 illik elektron imza kartı qazanacaq.

Qeyd edək ki, elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv həll hesab edilir və elektron imza - elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir.

Azərbaycan Respublikasının Qanunlarına əsasən, elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur. İmza vaxta qənaət, məxfilik, rahatlıq, bütünlük, tanınma, inkaredilməzlik (məsuliyyətdən yayınmanın mümkünsüzlüyü), işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsi kimi üstünlüklərə malikdir.

Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birindən uzaqda olmalarına baxmayaraq, eyni imkanlar əldə edirlər. Elektron imzanın istifadəsi zamanı sənədlər adi kağız sənədlər kimi hüquqi qüvvəyə malik olur.

Elektron imzanın elektron sənəd dövriyyəsində tətbiqi rəsmi yazışmaların elektron formada həyata keçirilməsi və etibarlılığın artırılması; elektron kommersiyanın inkişafına nail olunmasına; dövlət və vətəndaş, dövlət və sahibkar; dövlət və dövlət orqanları arasında münasibətlərdə şəffaflığa; kargüzarlıq əməliyyatlarına sərf olunan vaxta qənaət olunması və iş prosedurunun sistemləşdirilməsinə xidmət edir.

Bir sözlə, elektron imza dövrün tələbləri sırasında informasiya cəmiyyətinin vacib elementlərindən birinə çevrilir.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 909

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Dekabr 2024

03 12 2024