12px13px15px17px
Tarix:21/05/13

AMEA Rəyasət Heyətində «Springer»in nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Almaniyanın tanınmış “Springer” beynəlxalq elmi bazasının nümayəndələri Asda Kotani və Sıtkı Aktaş ilə görüş keçirilib.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, AMEA-nın akademik katibi, professor Rasim Əliquliyev, AMEA Rəyasət Heyətinin Xarici əlaqələr şöbəsinin rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Həsənov və İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayevin iştirak etdiyi görüşün əsas məqsədi AMEA ilə “Springer” arasında əməkdaşlıq çərçivəsində imzalanmış müqavilədən irəli gələn vəzifələri, görülmüş işləri müzakirə etmək olub.

Məlumdur ki, ötən ilin yanvar ayında “Springer” ilə AMEA arasında imzalanmış müqaviləyə əsasən, AMEA-nın institut və təşkilatları, həmçinin ölkə universitetləri “Springer” beynəlxalq elmi bazasının rəqəmsal kitabxanasından istifadə imkanı qazanıb, istifadəçilərin “Springer”in təklif etdiyi xidmətlərə, arxiv materiallarına, həmçinin yeni nəşrlərə (elmi jurnallar, kitablar, konfrans materialları və s.) ödənişsiz onlayn çıxışı təmin olunub.

Görüşdə Azərbaycan elmi ictimaiyyətinin “Springer” beynəlxalq elmi bazasının resurslarından istifadəsinə dair statistik göstəricilər təqdim olunub. “Springer”in ölkəmizdə təşkil etdiyi treninq və seminarların alim və mütəxəssislərin fəaliyyətinin səmərəli təşkili istiqamətində xüsusi önəm daşıdığı qeyd olunub. Bu kimi görüşlərin regionlarda da keçirilməsinin zəruriliyi ifadə edilib.

Həmçinin, Azərbaycanın elmi tədqiqat qurumlarında bu beynəlxalq bazanın xidmətlərindən səmərəli istifadəni təmin etmək üçün mütəmadi təlim seminarlarının keçirilməsi təklif olunub.

SEYMUR



Baxış sayı: 864

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024