12px13px15px17px
Tarix:21/05/13

Dövlət qulluğu üzrə müsabiqəyə sənəd verən namizədlərin 90 faizdən çoxu onlayn qeydiyyatdan keçib

Bu ilin aprel ayının 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 80 dövlət orqanı üzrə müsabiqəyə təqdim edilmiş 435 vakant dövlət qulluğu vəzifəsi üzrə 535 vakant yerin tutulması üçün sənəd qəbulu mayın 15-də başa çatıb.

“ICTnews” elektron xəbər xidmətinə DQMK-dan verilən məlumata görə, bu müddət ərzində komissiyada 3474 namizəd qeydə alınıb, namizədlərdən 3178 nəfər onlayn qeydiyyatdan keçib, 296 nəfər isə şəxsən komissiyaya sənədlərini təqdim edib.

Statistik göstəricilərə görə ən çox namizəd Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (1 yerə qarşı 133 namizəd), Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (4 yerə qarşı 431 namizəd), Təhsil Nazirliyi (14 yerə qarşı 393 namizəd), Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi (3 yerə qarşı 70 namizəd), Bakı Ağır Cinayətlər Məhkəməsi (2 yerə qarşı 45 namizəd), Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (2 yerə qarşı 45 namizəd), Mədəniyyət və Turizm Nazirliyi (12 yerə qarşı 231 namizəd), Satınalmalar üzrə Dövlət Agentliyi (4 yerə qarşı 65 namizəd), Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (14 yerə qarşı 205 namizəd), Nəqliyyat Nazirliyi (15 yerə qarşı 163 namizəd) üzrə qeydə alınıb.

CAHANGİR



Baxış sayı: 647

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024