Tarix:21/05/13
Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan verib. "2012-ci ilin avqust ayından etibarən Naxçıvan şəhərində "Evədək optika" (Fiber to home) layihəsinin icrasına başlanıb.
Bununla yanaşı, telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi məqsədilə Sədərək-Ordubad arası yeni böyük tutumlu fiber-optik kabel xəttinin tikintisinə başlanılıb. Ümumilikdə, çəkilmiş fiber-optik telekommunikasiya xətlərinin uzunluğu 674 kilometrə çatdırılıb, fiber-optik telekommunikasiya şəbəkəsinin genişlənməsi əhalinin internetdən istifadə imkanlarını xeyli artırıb.
Görülmüş işlər nəticəsində Muxtar respublikaya daxil olan internetin sürəti artırılıb, ümumtəhsil məktəblərində quraşdırılan kompüterlərin 83%-i internetə qoşulub, internet xidmətlərinin tarifləri endirilib",- nazirliyin məlumatında bildirilib.
Hazırda yaşayış ərazilərinin 80%-də simsiz internet, 65%-də isə genişzolaqlı internet xidmətləri göstərilir.
Kompüterdən istifadə edənlərin sayı 300 mindən, internetdən istifadə edənlərin sayı isə 344 mindən artıq təşkil edir.
Aynur Vəliyeva
Naxçıvanda “Fiber to home” layihəsinin icrası sayəsində əhalinin internetdən istifadə imkanları artıb
Naxçıvan Muxtar Respublikasının mövcud telekommunikasiya şəbəkəsinin 89%-i optik şəbəkəyə qoşulub.Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan verib. "2012-ci ilin avqust ayından etibarən Naxçıvan şəhərində "Evədək optika" (Fiber to home) layihəsinin icrasına başlanıb.
Bununla yanaşı, telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi məqsədilə Sədərək-Ordubad arası yeni böyük tutumlu fiber-optik kabel xəttinin tikintisinə başlanılıb. Ümumilikdə, çəkilmiş fiber-optik telekommunikasiya xətlərinin uzunluğu 674 kilometrə çatdırılıb, fiber-optik telekommunikasiya şəbəkəsinin genişlənməsi əhalinin internetdən istifadə imkanlarını xeyli artırıb.
Görülmüş işlər nəticəsində Muxtar respublikaya daxil olan internetin sürəti artırılıb, ümumtəhsil məktəblərində quraşdırılan kompüterlərin 83%-i internetə qoşulub, internet xidmətlərinin tarifləri endirilib",- nazirliyin məlumatında bildirilib.
Hazırda yaşayış ərazilərinin 80%-də simsiz internet, 65%-də isə genişzolaqlı internet xidmətləri göstərilir.
Kompüterdən istifadə edənlərin sayı 300 mindən, internetdən istifadə edənlərin sayı isə 344 mindən artıq təşkil edir.
Aynur Vəliyeva
Baxış sayı: 765
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı