Tarix:22/05/13
Müqavilələr və ya abunəçilər: böyük fərq?
"İKT sektoruna aid fakt və rəqəmlər 2013" adlanan hesabatda informasiya-kommunikasiya texnologiyalarının (İKT) xidmətlərinə yüksək davamlı tələbatın mövcudluğu təsdiqlənir.
Sözügedən hesabatda BTİ-nin qiymətləndirməsinə əsasən, 2013-cü ilin sonunadək dünyada mobil rabitə üzrə təxminən 6,8 milyard müqavilə bağlanacaq və 2014-cü ildə bu göstərici 7 milyarda yaxınlaşacaq. Bu müqavilələrin 50%-dən çoxu Asiya-Sakit okean regionunun payına düşür.
Mobil rabitənin, demək olar ki, hər yerdə tətbiqi onu inkişaf etməkdə olan ölkələrdə rabitə xidmətlərinin göstərilməsi üçün mükəmməl platformaya çevirir − BTİ Telekommunikasiya İnkişafı Bürosunun direktoru Braxima Sana belə deyib.
– "Mobil vasitələrin köməkliyi ilə inkişafın təmin edilməsi" adlanan yeni təşəbbüsümüz qlobal bazarda, xüsusilə kənd və ucqar cəmiyyətlərdə bu potensialdan maksimal dərəcədə istifadə üçün nəzərdə tutulub".
Mobil rabitə üçün 6,8 milyard müqavilə o deməkdir ki, 2013-cü ilin sonunadək dünyada mobil rabitənin nüfuzetmə səviyyəsi 96% təşkil edəcək. Belə çıxır ki, planetdə hər kəsin telefonu var – Xeyr. Məsələn, "GSMA"-nın 2013-cü ilin fevralında dərc edilmiş "Mobil iqtisadiyyat" adlanan hesabatındakı qiymətləndirməyə əsasən, bu il mobil rabitə abunəçilərinin faktiki sayı 3,4 milyarda çatacaq.
Müqavilə və abunəçilərin sayı arasında böyük fərqin yaranmasına səbəb olan bir neçə amil mövcuddur. Lakin analitiklərin çoxu bildirir ki, əsas səbəblərdən biri əksər abunəçilərin bir neçə müqaviləyə malik olmasıdır. Bunun nəticəsində, əgər fərdi istehlakçılar bir neçə xidmətə abunə olurlarsa, o zaman onlar iki dəfə hesablanır.
Məsələn, fərdi istehlakçılar iş və fərdi istifadə üçün ayrı-ayrı müqavilələrə malik ola bilərlər.
BTİ Telekommunikasiya İnkişafı Bürosunun İKT sahəsində məlumat və statistika bölməsinin direktoru Suzan Telçer aydınlaşdırır ki, "ayrı-ayrı şəxslər bir neçə SİM karta malik ola bilərlər. Mobil rabitənin əksər istifadəçiləri bir neçə SİM kartdan fəal surətdə istifadə edirlər. Məsələn, iş telefonu və ev telefonu üçün bir neçə müqavilənin mövcud olmasında qeyri-adi heç nə yoxdur".
Digər bir amil ondan ibarətdir ki, operatorlar bəzi hallarda aktiv olmayan hesabları verilənlər bazasından vaxtında silmirlər və nəticədə hesabatda aktiv olmayan SİM kartlar əks olunur. BTİ-nin qərarına əsasən, üç ay və daha çox aktiv olmayan hesablar nəzərə alınmamalıdır.
2013-cü ildə mobil rabitənin nüfuzetmə səviyyəsinin qiymətləndirilməsi
Dünyanın 6 regionundan 4-də mobil rabitə üçün müqavilələrin nüfuzetmə səviyyəsi 100%-i ötür, Müstəqil Dövlətlər Birliyi (MDB) liderdir (170%). Sonrakı yerlərdə Avropa (126%), Şimali və Cənubi Amerika (109%) və Ərəb dövlətləri (105%) qərarlaşıb. Bu göstərici Asiya-Sakit okean regionunda 89%, Afrikada 63% təşkil edir.
Mobil rabitənin nüfuzetmə səviyyəsi inkişaf etmiş ölkələrdə 128% və inkişaf etməkdə olan ölkələrdə 89% təşkil edir.
Mobil rabitə üçün müqavilələr
Mobil genişzolaqlı rabitə üçün müqavilələrin sayı 2007-ci ildə 268 milyondan 2013-cü ildə təxminən 2,1 milyarda qədər artıb. Bununla belə, inkişaf etmiş ölkələrdə insanlar mobil genişzolaqlı rabitə şəbəkələrindən stasionar genişzolaqlı əlaqəyə əlavə olaraq istifadə etdikləri halda, inkişaf etməkdə olan ölkələrin əksər sakinləri üçün mobil genişzolaqlı rabitə çox vaxt internetə yeganə çıxış üsuludur.
Sözügedən ölkələrdə mobil genişzolaqlı rabitə üçün müqavilələrin sayı 2011-dən 2013-cü ilədək 2 dəfədən çox artıb.
Son üç ildə Afrika regionu ən yüksək artım tempi göstərib. Orada mobil genişzolaqlı rabitənin nüfuzetmə səviyyəsi 2010-cu ildə 2%-dən 2013-cü ildə təxminən 11%-dək artıb.
Emil Hüseynov
2013-cü ilin sonunadək dünyada mobil rabitənin nüfuzetmə səviyyəsi 100 faizə yaxınlaşacaq
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) qiymətləndirməsinə əsasən, 2013-cü ilin sonunadək dünyada mobil rabitə müqavilələrinin sayı planetin əhalisinin sayı ilə bərabərləşəcək. BTİ tərəfindən fevralın 27-də dərc edilmiş "İKT sektoruna aid fakt və rəqəmlər 2013" adlanan hesabatda bu cür proqnoz verilib.Müqavilələr və ya abunəçilər: böyük fərq?
"İKT sektoruna aid fakt və rəqəmlər 2013" adlanan hesabatda informasiya-kommunikasiya texnologiyalarının (İKT) xidmətlərinə yüksək davamlı tələbatın mövcudluğu təsdiqlənir.
Sözügedən hesabatda BTİ-nin qiymətləndirməsinə əsasən, 2013-cü ilin sonunadək dünyada mobil rabitə üzrə təxminən 6,8 milyard müqavilə bağlanacaq və 2014-cü ildə bu göstərici 7 milyarda yaxınlaşacaq. Bu müqavilələrin 50%-dən çoxu Asiya-Sakit okean regionunun payına düşür.
Mobil rabitənin, demək olar ki, hər yerdə tətbiqi onu inkişaf etməkdə olan ölkələrdə rabitə xidmətlərinin göstərilməsi üçün mükəmməl platformaya çevirir − BTİ Telekommunikasiya İnkişafı Bürosunun direktoru Braxima Sana belə deyib.
– "Mobil vasitələrin köməkliyi ilə inkişafın təmin edilməsi" adlanan yeni təşəbbüsümüz qlobal bazarda, xüsusilə kənd və ucqar cəmiyyətlərdə bu potensialdan maksimal dərəcədə istifadə üçün nəzərdə tutulub".
Mobil rabitə üçün 6,8 milyard müqavilə o deməkdir ki, 2013-cü ilin sonunadək dünyada mobil rabitənin nüfuzetmə səviyyəsi 96% təşkil edəcək. Belə çıxır ki, planetdə hər kəsin telefonu var – Xeyr. Məsələn, "GSMA"-nın 2013-cü ilin fevralında dərc edilmiş "Mobil iqtisadiyyat" adlanan hesabatındakı qiymətləndirməyə əsasən, bu il mobil rabitə abunəçilərinin faktiki sayı 3,4 milyarda çatacaq.
Müqavilə və abunəçilərin sayı arasında böyük fərqin yaranmasına səbəb olan bir neçə amil mövcuddur. Lakin analitiklərin çoxu bildirir ki, əsas səbəblərdən biri əksər abunəçilərin bir neçə müqaviləyə malik olmasıdır. Bunun nəticəsində, əgər fərdi istehlakçılar bir neçə xidmətə abunə olurlarsa, o zaman onlar iki dəfə hesablanır.
Məsələn, fərdi istehlakçılar iş və fərdi istifadə üçün ayrı-ayrı müqavilələrə malik ola bilərlər.
BTİ Telekommunikasiya İnkişafı Bürosunun İKT sahəsində məlumat və statistika bölməsinin direktoru Suzan Telçer aydınlaşdırır ki, "ayrı-ayrı şəxslər bir neçə SİM karta malik ola bilərlər. Mobil rabitənin əksər istifadəçiləri bir neçə SİM kartdan fəal surətdə istifadə edirlər. Məsələn, iş telefonu və ev telefonu üçün bir neçə müqavilənin mövcud olmasında qeyri-adi heç nə yoxdur".
Digər bir amil ondan ibarətdir ki, operatorlar bəzi hallarda aktiv olmayan hesabları verilənlər bazasından vaxtında silmirlər və nəticədə hesabatda aktiv olmayan SİM kartlar əks olunur. BTİ-nin qərarına əsasən, üç ay və daha çox aktiv olmayan hesablar nəzərə alınmamalıdır.
2013-cü ildə mobil rabitənin nüfuzetmə səviyyəsinin qiymətləndirilməsi
Dünyanın 6 regionundan 4-də mobil rabitə üçün müqavilələrin nüfuzetmə səviyyəsi 100%-i ötür, Müstəqil Dövlətlər Birliyi (MDB) liderdir (170%). Sonrakı yerlərdə Avropa (126%), Şimali və Cənubi Amerika (109%) və Ərəb dövlətləri (105%) qərarlaşıb. Bu göstərici Asiya-Sakit okean regionunda 89%, Afrikada 63% təşkil edir.
Mobil rabitənin nüfuzetmə səviyyəsi inkişaf etmiş ölkələrdə 128% və inkişaf etməkdə olan ölkələrdə 89% təşkil edir.
Mobil rabitə üçün müqavilələr
Mobil genişzolaqlı rabitə üçün müqavilələrin sayı 2007-ci ildə 268 milyondan 2013-cü ildə təxminən 2,1 milyarda qədər artıb. Bununla belə, inkişaf etmiş ölkələrdə insanlar mobil genişzolaqlı rabitə şəbəkələrindən stasionar genişzolaqlı əlaqəyə əlavə olaraq istifadə etdikləri halda, inkişaf etməkdə olan ölkələrin əksər sakinləri üçün mobil genişzolaqlı rabitə çox vaxt internetə yeganə çıxış üsuludur.
Sözügedən ölkələrdə mobil genişzolaqlı rabitə üçün müqavilələrin sayı 2011-dən 2013-cü ilədək 2 dəfədən çox artıb.
Son üç ildə Afrika regionu ən yüksək artım tempi göstərib. Orada mobil genişzolaqlı rabitənin nüfuzetmə səviyyəsi 2010-cu ildə 2%-dən 2013-cü ildə təxminən 11%-dək artıb.
Emil Hüseynov
Baxış sayı: 955
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır