12px13px15px17px
Tarix:22/05/13

“Opera” şirkəti “Android” üçün yeni brauzer istifadəyə verib

“Opera Software” şirkəti yeni brauzerinin “Android” mobil əməliyyat sistemi üçün yekun versiyasını təqdim edib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, sözügedən brauzerdə “WebKit” mühərrikindən istifadə edilib, halbuki “Opera”-nın əvvəlki brauzerləri “Presto” mühərrikindən istifadə edirdilər. Bundan başqa, brauzerin interfeysi dəyişdirilib.

Bununla belə, yeni brauzer “Opera”-nın əvvəlki mobil brauzerlərinə xas trafikin "sıxılması" funksiyası və əlfəcinlərlə iş üçün "Ekspress-panel" kimi xüsusiyyətləri saxlayıb. Yeni brauzerdə ünvan və axtarış sətri birləşdirilib və istifadəçi ekrana barmaqla toxunaraq vərəqlər arasında keçid edə bilər.

Brauzer ödənişsiz yayılır. O, “Android 2.3” və daha yuxarı versiyalarla işləyən smartfonlara quraşdırıla bilər. Tətbiqi “Google Play” internet mağazasından yükləmək mümkündür.

Emil Hüseynov



Baxış sayı: 689

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024