Tarix:22/05/13
Final olimpiadanın keçirilmə vaxtı və iştirakçıların siyahısı ilə bağlı tezliklə məlumat veriləcək. "ICTnews" elektron xəbər xidmətinə bu barədə olimpiadanın Təşkilat Komitəsindən (TK) məlumat verilib. TK-dən bildirilib ki, hazırda "Fəxri otaq" bölməsində onlayn olimpiada turlarında 7 baldan yuxarı göstəricilər nümayiş etdirmiş iştirakçıların siyahısı yerləşdirilib:
"İstedadların hazırlığı laboratoriyası"na seçim bütün ölkə üzrə keçiriləcək onlayn olimpiadalar vasitəsilə baş tutacaq. Yüksək bal toplayan iştirakçılar final mərhələdə öz biliklərini sınayacaqlar. İştirakçılar 14-16 yaş arasında olmalıdır və müstəsna hal kimi 14 yaşdan kiçik olan yeniyetmələr də iştirak etmə hüququna malikdirlər. Qeydiyyatdan keçmək və layihə haqqında məlumat almaq üçün "www.istedad.az" saytına daxil olmaq lazımdır".
Qeyd edək ki, olimpiada "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.3.6 bəndinə uyğun olaraq, "İstedadların hazırlığı laboratoriyası"nın təşkili və fəaliyyətinin təmin edilməsi məqsədilə həyata keçirilir. Layihənin əsas məqsədi - yeniyetmələr arasında elmi və texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elm və texnika sahəsində istedadlı yeniyetmələrin üzə çıxarılmasıdır. Layihə riyaziyyat, fizika, kimya və məntiq elmlərinə marağı olan və istedadı ilə seçilən yeniyetmə və gənclərin üzə çıxarılması, onların daha da inkişaf etdirilməsi əsas vəzifə kimi qarşıya qoyulub. Olimpiadanın Təşkilat Komitəsi Gənclər və İdman Nazirliyi tərəfindən Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondunun nümayəndələrindən formalaşdırılır.
Layihə ilə bağlı fikirlərini paylaşan gənclər və idman naziri Azad Rəhimovun sözlərinə görə, keçirilən layihə gənclər arasında sağlam rəqabət və elmi ünsiyyət mühitinin yaradılması, onların nailiyyətlər əldə etmək imkanlarının artırılması sahəsində əvəzolunmaz rol oynayacaq:
"Bu layihə bizə müasir yeniyetmələrimizi daha yaxından tanımağa, onların elmi intellektual fəaliyyətləri üçün yeni, geniş platformalar yaratmağa yardımçı olacaq. Adıçəkilən layihədə ölkəmizdə yeniyetmələr və gənclər arasında elmi kəşflər sahəsində təşəbbüslərinin çoxsaylı olduğunu nəzərə alaraq, onlara hərtərəfli dəstəyin göstərilməsi əsas məqsəd kimi nəzərdə tutulub. Bu kəşflərin növbəti mərhələlərdə beynəlxalq müsabiqələrdə və olimpiadalarda təmsil olunması ilə biz Azərbaycanın elmi potensialının nə dərəcədə güclü olmasını bütün dünyaya göstərə bilərik. Yeniyetmələr öz ixtiralarını təkmilləşdirmək üçün lazımi elmi mühit ilə təmin ediləcəklər. Hesab edirəm ki, bu layihə zamanı gənc ixtiraçı və yenilikçilər bir-biri ilə yaxın münasibətdə olaraq gələcəyin gənc alimlər şəbəkəsini formalaşdıracaqdır. Bu şəbəkənin daha da genişləndirilməsi, gücləndirilməsi və təbliği üçün lazımi dəstək realizə ediləcək layihə və ümumilikdə nazirlik tərəfindən ümdə məramlardan biri kimi gündəmdə saxlanılacaq".
Həqiqət İSABALAYEVA
“İstedadların hazırlığı laboratoriyası” layihəsi üzrə final fənn olimpiadası əyani olaraq Bakıda keçiriləcək
"İstedadların hazırlığı laboratoriyası" layihəsi üzrə final fənn olimpiadası əyani olaraq Bakı şəhərində keçiriləcək. Final olimpiadasına qatılacaq iştirakçıların siyahısı "http://istedad.az" saytının "Fəxri otaq" bölməsində yerləşdiriləcək və bu iştirakçıların e-mail ünvanlarına rəsmi dəvət məktubu göndəriləcək.Final olimpiadanın keçirilmə vaxtı və iştirakçıların siyahısı ilə bağlı tezliklə məlumat veriləcək. "ICTnews" elektron xəbər xidmətinə bu barədə olimpiadanın Təşkilat Komitəsindən (TK) məlumat verilib. TK-dən bildirilib ki, hazırda "Fəxri otaq" bölməsində onlayn olimpiada turlarında 7 baldan yuxarı göstəricilər nümayiş etdirmiş iştirakçıların siyahısı yerləşdirilib:
"İstedadların hazırlığı laboratoriyası"na seçim bütün ölkə üzrə keçiriləcək onlayn olimpiadalar vasitəsilə baş tutacaq. Yüksək bal toplayan iştirakçılar final mərhələdə öz biliklərini sınayacaqlar. İştirakçılar 14-16 yaş arasında olmalıdır və müstəsna hal kimi 14 yaşdan kiçik olan yeniyetmələr də iştirak etmə hüququna malikdirlər. Qeydiyyatdan keçmək və layihə haqqında məlumat almaq üçün "www.istedad.az" saytına daxil olmaq lazımdır".
Qeyd edək ki, olimpiada "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.3.6 bəndinə uyğun olaraq, "İstedadların hazırlığı laboratoriyası"nın təşkili və fəaliyyətinin təmin edilməsi məqsədilə həyata keçirilir. Layihənin əsas məqsədi - yeniyetmələr arasında elmi və texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elm və texnika sahəsində istedadlı yeniyetmələrin üzə çıxarılmasıdır. Layihə riyaziyyat, fizika, kimya və məntiq elmlərinə marağı olan və istedadı ilə seçilən yeniyetmə və gənclərin üzə çıxarılması, onların daha da inkişaf etdirilməsi əsas vəzifə kimi qarşıya qoyulub. Olimpiadanın Təşkilat Komitəsi Gənclər və İdman Nazirliyi tərəfindən Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondunun nümayəndələrindən formalaşdırılır.
Layihə ilə bağlı fikirlərini paylaşan gənclər və idman naziri Azad Rəhimovun sözlərinə görə, keçirilən layihə gənclər arasında sağlam rəqabət və elmi ünsiyyət mühitinin yaradılması, onların nailiyyətlər əldə etmək imkanlarının artırılması sahəsində əvəzolunmaz rol oynayacaq:
"Bu layihə bizə müasir yeniyetmələrimizi daha yaxından tanımağa, onların elmi intellektual fəaliyyətləri üçün yeni, geniş platformalar yaratmağa yardımçı olacaq. Adıçəkilən layihədə ölkəmizdə yeniyetmələr və gənclər arasında elmi kəşflər sahəsində təşəbbüslərinin çoxsaylı olduğunu nəzərə alaraq, onlara hərtərəfli dəstəyin göstərilməsi əsas məqsəd kimi nəzərdə tutulub. Bu kəşflərin növbəti mərhələlərdə beynəlxalq müsabiqələrdə və olimpiadalarda təmsil olunması ilə biz Azərbaycanın elmi potensialının nə dərəcədə güclü olmasını bütün dünyaya göstərə bilərik. Yeniyetmələr öz ixtiralarını təkmilləşdirmək üçün lazımi elmi mühit ilə təmin ediləcəklər. Hesab edirəm ki, bu layihə zamanı gənc ixtiraçı və yenilikçilər bir-biri ilə yaxın münasibətdə olaraq gələcəyin gənc alimlər şəbəkəsini formalaşdıracaqdır. Bu şəbəkənin daha da genişləndirilməsi, gücləndirilməsi və təbliği üçün lazımi dəstək realizə ediləcək layihə və ümumilikdə nazirlik tərəfindən ümdə məramlardan biri kimi gündəmdə saxlanılacaq".
Həqiqət İSABALAYEVA
Baxış sayı: 720
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır