12px13px15px17px
Tarix:23/05/13

“Chrome” brauzerində “danışıq axtarış” funksiyası istifadəyə verilib

"Google" şirkəti "Chrome" brauzerinə "danışıq axtarış" funksiyasını inteqrasiya edib. Sözügedən funksiya artıq "Chrome 27" brauzerində əlçatandır. Adıçəkilən funksiya istifadəçiyə "Google" axtarış sisteminə mikrofon vasitəsilə sual verməyə imkan yaradır.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "danışıq axtarış" funksiyası "səsli axtarış"dan fərqli olaraq, danışıq dilini dəstəkləyir, yəni yalnız əmr deyil, həm də cümlələr səsləndirmək olar. Həm də yeni funksiya "qonşu" sorğular arasındakı məntiqi əlaqəni izləyir.

Məsələn, "Google" axtarış sistemində "Barak Obama kimdir", daha sonra "Onun neçə yaşı var" suallarını soruşsaq, o zaman axtarış mühərriki ikinci sualın ABŞ prezidenti ilə əlaqəli olduğunu anlayacaq.

Gələcəkdə "danışıq axtarışı" funksiyasını aktiv etmək üçün üzərində mikrofon işarəsi olan düyməyə sıxmaq lazım gəlməyəcək. Funksiyanı aktivləşdirmək üçün yalnız "OK Google" ifadəsini demək lazım gələcək.

Emil Hüseynov



Baxış sayı: 813

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024