12px13px15px17px
Tarix:23/05/13

“Bakcell”in “3G” şəbəkəsi üç dəfədən çox artıb

Azərbaycanın ilk mobil rabitə operatoru "Bakcell" şirkətinin "3G" şəbəkəsi son bir il ərzində əhəmiyyətli dərəcədə genişlənib.

"Bakcell" şirkətinin korporativ əlaqələr üzrə şöbəsinin mətbuat ilə iş üzrə baş mütəxəssisi Süheylə Cəfərovanın "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda şirkətin "3G" şəbəkəsi ölkə ərazisinin 55%-ni əhatə edir. "Hazırda bizim ölkə ərazisində artıq 1000-dən çox "3G" baza stansiyamız bütün ölkə üzrə quraşdırılıb. "3G" xidmətlərindən istifadə edən abunəçilərimizin sayı isə 1,7 milyon nəfər təşkil edir",- deyə o bildirib.

Nəzərə alsaq ki, ötən ilin may ayına olan məlumata görə, şirkət tərəfindən ölkə ərazisində 300 "3G" stansiya quraşdırılmışdır, son bir ildə "Bakcell"in "3G" şəbəkəsində, demək olar, üç dəfədən çox artım baş verib. Şirkətin "3G" xidmətlərindən istifadə edən abunələrin sayı isə ümumi abunələrin 35%-ni təşkil edir.

Aynur Vəliyeva



Baxış sayı: 998

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024