12px13px15px17px
Tarix:23/05/13

“İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi vikipediya ilə bağlı layihəyə start verir

“İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi Vikipediya Azərbaycanın tərəfdaşlığı ilə “WikiDays” layihəsinə start verir.

“ICTnews” elektron xəbər xidmətinə “İRƏLİ” İctimai Birliyindən verilən məlumata görə, layihə çərçivəsində vikipediya barədə məlumat, məqalələrin yaradılması və redaktə edilməsi təlimatları, viki-məqalənin qorunması, vikimedia fondu, vikipediyada təbliğat aparılmasının prinsipləri və digər mövzularda peşəkar təlimçilər tərəfindən təlimlər və seminarlar keçiriləcək.

Layihənin keçirilməsində məqsəd vikipediyadan düzgün istifadə üzrə gənclərin maarifləndirilməsi, qlobal vikipediyalarda Azərbaycan maraqlarının qorunması, Azərbaycana aid məlumatların təhriflərə məruz qalmasının, dezinformasiyanın qarşısını almaqdan ibarətdir.

Qeyd edək ki, layihədə iştirak etmək istəyənlər mayın 31-dək www.ireli.az saytında onlayn ərizə formasını dolduraraq müraciət edə bilər.

CAHANGİR



Baxış sayı: 765

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024