12px13px15px17px
Tarix:23/05/13

Koreya ilə yüksək texnologiyalar sahəsində əməkdaşlıq üçün imkanlar var

Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Byonq-Soqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Byonq-Soq Beynəlxalq Valyuta Fondunun Azərbaycanı ən sürətlə inkişaf etmiş iqtisadiyyata malik olan ölkələrin sırasına daxil etməsinin önəmini vurğulayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən il ölkəmizdə mühüm beynəlxalq tədbirlərin uğurla keçirilməsinin böyük əhəmiyyət daşıdığını deyən qonaq 2012-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsini mühüm hadisə kimi dəyərləndirib. Prezident İlham Əliyev Azərbaycan ilə Koreya Respublikası arasında ikitərəfli əlaqələrin sürətlə inkişaf etdiyini bildirib.

Ölkələrimiz arasında iqtisadi sahədə uğurların əldə olunduğunu, ticarət dövriyyəsinin artdığını qeyd edən dövlətimizin başçısı Koreya şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətlərinin genişlənməsinin önəmini vurğulayıb. Prezident İlham Əliyev mədəniyyət sahəsində də əməkdaşlığımızın yaxşı səviyyədə olduğunu söyləyib.

Parlamentlərarası əlaqələrə toxunan dövlətimizin başçısı Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Byonq-Soqun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin bu sahədə əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyini vurğulayib.

Görüşdə Koreya şirkətlərinin ölkəmizdə həyata keçirilən müxtəlif infrastruktur layihələrində yaxından iştirakının əhəmiyyəti vurğulanıb, neft-kimya, yüksək texnologiyalar və digər sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğu bildirilib.



Baxış sayı: 673

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024