Tarix:24/05/13
Bu barədə “ICTnews.az”a AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) sektor müdiri Rəna Qasımova məlumat verib. Sektor müdiri qeyd edib ki, milli kontentlərin Azərbaycanın serverlərində yerləşdirilməsi üçün hostinq xidməti təklif edən təşkilatlar serverlərin iş etibarlığının yüksək səviyyəsi, münasib qiymət, çox sayda tarif planının olmaması, “bulud” serveri, faktiki istehlakın ödənməsi, “bulud” xəzinəsi və s . kimi sadalanan tələbləri təmin etməlidirlər.
Milli kontentlərin Azərbaycanın serverlərində yerləşdirilməsinin yaradacağı imkanlardan da söz açan R.Qasımovanın fikrinə görə, bununla milli internet resurslarının inkişafına, “Milli kontent” probleminin həllinə, ilkin provayder xərclərinin azalmasına, “Az” domen zonasının inkişafına, milli informasiya fəzasının təhlükəsizliyinə, milli informasiya fəzasının infrastrukturunun mühafizəsinə, milli informasiyanın təhlükəsizliyinə və s. nail olunacaq:
“Bu gün AMEA-nın institut və təşkilatlarının veb-saytlarının “AzScienceNet” şəbəkəsində yerləşdirilməsi, həmin saytların daha təhlükəsiz və səmərəli idarə olunmasına imkan verir.
Eyni zamanda hostinq xidməti veb-səhifələrin, veb-saytların, veb-portalların və digər veb üzərində işləyən proqramların serverlərdə yerləşdirilməsinə cavab verir. “AzScienceNet”-in informasiya təhlükəsizliyinin təmin olunması məqsədi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunda “AzScienceNet”-in “İstifadə siyasəti” və “İnformasiya təhlükəsizliyi siyasəti” işlənmiş və şəbəkənin təhlükəsizliyinin təmin olunması üçün kompleks tədbirlər həyata keçirilir”.
Həqiqət İSABALAYEVA
“AzScienceNet” şəbəkəsi AMEA-nın institut və təşkilatlarının veb-saytlarının daha təhlükəsiz və səmərəli idarə olunmasına imkan verir
Bu gün aktual problemlərdən biri milli resursların xarici serverlərdən Azərbaycana köçürülməsi və mühafizə edilməsidir. Bunlara Azərbaycan dilində veb-səhifələr və foto-video materialları özündə əks etdirən portallar və s. aiddir.Bu barədə “ICTnews.az”a AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) sektor müdiri Rəna Qasımova məlumat verib. Sektor müdiri qeyd edib ki, milli kontentlərin Azərbaycanın serverlərində yerləşdirilməsi üçün hostinq xidməti təklif edən təşkilatlar serverlərin iş etibarlığının yüksək səviyyəsi, münasib qiymət, çox sayda tarif planının olmaması, “bulud” serveri, faktiki istehlakın ödənməsi, “bulud” xəzinəsi və s . kimi sadalanan tələbləri təmin etməlidirlər.
Milli kontentlərin Azərbaycanın serverlərində yerləşdirilməsinin yaradacağı imkanlardan da söz açan R.Qasımovanın fikrinə görə, bununla milli internet resurslarının inkişafına, “Milli kontent” probleminin həllinə, ilkin provayder xərclərinin azalmasına, “Az” domen zonasının inkişafına, milli informasiya fəzasının təhlükəsizliyinə, milli informasiya fəzasının infrastrukturunun mühafizəsinə, milli informasiyanın təhlükəsizliyinə və s. nail olunacaq:
“Bu gün AMEA-nın institut və təşkilatlarının veb-saytlarının “AzScienceNet” şəbəkəsində yerləşdirilməsi, həmin saytların daha təhlükəsiz və səmərəli idarə olunmasına imkan verir.
Eyni zamanda hostinq xidməti veb-səhifələrin, veb-saytların, veb-portalların və digər veb üzərində işləyən proqramların serverlərdə yerləşdirilməsinə cavab verir. “AzScienceNet”-in informasiya təhlükəsizliyinin təmin olunması məqsədi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunda “AzScienceNet”-in “İstifadə siyasəti” və “İnformasiya təhlükəsizliyi siyasəti” işlənmiş və şəbəkənin təhlükəsizliyinin təmin olunması üçün kompleks tədbirlər həyata keçirilir”.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 854
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib