Tarix:24/05/13
“ICTnews” elektron xəbər xidmətinə “İRƏLİ” İctimai Birliyindən verilən məlumata görə, hazırda mərkəz layihənin gənclər arasında müsbət əks-səda yaratması və çox saylı müraciətləri nəzərə alaraq “Sosial Media Akademiyası 2” layihəsinə start verir.
Layihəyə 25 nəfər iştirakçı seçiləcək. İştirak hüququ qazanmış iştirakçılar 1 ay ərzində sosial media alətlərindən effektiv istifadə etməyi, resursların düzgün şəkildə vahid istiqamətə yönəldilməsini, sosial mediada reklam və uğurlu PR-ın aparılması yollarını öyrənəcəklər.
Layihənin keçirilməsində məqsəd Azərbaycan həqiqətlərinin müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırılmasında aktivlik göstərmək, iştirakçıları yeni media və ənənəvi media mühitində baş verənləri müqayisəli formada təhlil etməyə hazırlamaq, müxtəlif fəaliyyətlərin, təşəbbüslərin, xidmətlərin, sosial media vasitəsilə dəstəklənməsi istiqamətində bacarıq və vərdişlər formalaşdırmaq, sosial media mühitində etik qaydaları mənimsətməkdən ibarətdir.
Layihədə iştirak etmək istəyən şəxslər 30 may 2013-cü il tarixinə qədər www.ireli.az saytında onlayn ərizə formasını dolduraraq müraciət edə bilər.
CAHANGİR
“Sosial Media Akademiyası 2” başlayır
Azərbaycanda xüsusən gənclər arasında sosial media sahəsinə marağın olmasını nəzərə alaraq “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi “Sosial Media Akademiyası” layihəsini həyata keçirib.“ICTnews” elektron xəbər xidmətinə “İRƏLİ” İctimai Birliyindən verilən məlumata görə, hazırda mərkəz layihənin gənclər arasında müsbət əks-səda yaratması və çox saylı müraciətləri nəzərə alaraq “Sosial Media Akademiyası 2” layihəsinə start verir.
Layihəyə 25 nəfər iştirakçı seçiləcək. İştirak hüququ qazanmış iştirakçılar 1 ay ərzində sosial media alətlərindən effektiv istifadə etməyi, resursların düzgün şəkildə vahid istiqamətə yönəldilməsini, sosial mediada reklam və uğurlu PR-ın aparılması yollarını öyrənəcəklər.
Layihənin keçirilməsində məqsəd Azərbaycan həqiqətlərinin müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırılmasında aktivlik göstərmək, iştirakçıları yeni media və ənənəvi media mühitində baş verənləri müqayisəli formada təhlil etməyə hazırlamaq, müxtəlif fəaliyyətlərin, təşəbbüslərin, xidmətlərin, sosial media vasitəsilə dəstəklənməsi istiqamətində bacarıq və vərdişlər formalaşdırmaq, sosial media mühitində etik qaydaları mənimsətməkdən ibarətdir.
Layihədə iştirak etmək istəyən şəxslər 30 may 2013-cü il tarixinə qədər www.ireli.az saytında onlayn ərizə formasını dolduraraq müraciət edə bilər.
CAHANGİR
Baxış sayı: 718
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib