Tarix:24/05/13
"2011-ci ildə "3G" şəbəkəsinin istifadəyə verilməsi və 2012-ci ilin sonunda "3G" baza stansiyalarının sayının 1000-ə çatdırılması ilə "Bakcell" şəbəkəsindəki data trafik həcmi 8 dəfədən çox artıb. "Bakcell" şəbəkəsi klassik TDM/ATM ilə birgə istifadə olunan müasir "İP Transport" texnologiyasından ibarət hibrid şəbəkədir. Böyük həcmdə "3G" İP trafikin emalı, xidmətin ümumi keyfiyyətinin və yüksək tutumun təmin edilməsi üçün şəbəkəmizi modernləşdirməyə başlamışıq.
Bu yeni texnologiyalar "Bakcell" müştərilərini yüksək keyfiyyətli mobil rabitə və internet sürəti ilə təmin etməklə, "Bakcell" şəbəkəsini Azərbaycan bazarında ən qabaqcıl şəbəkəyə çevirəcək. Bu, bizim şəbəkə sistemlərimizin "LTE" və "LTE Advanced" kimi texnologiyaların tətbiq edilməsi üçün tam hazır olmasından xəbər verir", - deyə, "Bakcell" şirkətinin daş texniki direktoru Yigit Berktaş bildirib.
Bu gün "Bakcell" şirkətinin transmissiya şəbəkəsinin əsas əhatə (core ring) tutumu 40 Gbps (rayon mərkəzlərində), sərhəd (edge) yönləndiricilərin (inzibati rayon mərkəzlərində) tutumu isə 15 Gbps-ə çatır. Bütün önəmli transmissiya marşrutları 1+1 şassi səviyyəsində qoruma və tam ehtiyat saxlamaya malikdir. "2G" və "3G" xidmətləri tam təhlükəsiz olaraq hər saniyə APS, MSP, SNCP və s. kimi sınanmış qoruyucu alqoritmlər vasitəsilə vahid nəqliyyat şəbəkəsinə daşınır.
"Bakcell", 2013-cü ildə "Huawei" şirkətinin dəstəyi ilə 400-ə yaxın yüksək tutumlu hibrid mikrodalğa linklərini quraşdırmaqla transmissiya şəbəkəsini daha da inkişaf etdirəcək. "Huawei" şirkətinin bu şəbəkə həlli sayəsində "Bakcell" öz müştərilərini ən mükəmməl şəbəkə və xidmət keyfiyyəti ilə təmin edəcək.
Aynur Vəliyeva
“Bakcell” şirkəti transmissiya şəbəkəsinin modernləşdirilməsinə başlayıb
Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkətindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, ümumi şəbəkə tutumunun artırılması və "Huawei OSN" avadanlığından istifadə edərək MPLS-TP texnologiyasına keçidi həyata keçirmək məqsədilə "Bakcell", "Huawei" ilə əməkdaşlıq şəraitində transmissiya şəbəkəsinin modernləşdirilməsinə başlayıb."2011-ci ildə "3G" şəbəkəsinin istifadəyə verilməsi və 2012-ci ilin sonunda "3G" baza stansiyalarının sayının 1000-ə çatdırılması ilə "Bakcell" şəbəkəsindəki data trafik həcmi 8 dəfədən çox artıb. "Bakcell" şəbəkəsi klassik TDM/ATM ilə birgə istifadə olunan müasir "İP Transport" texnologiyasından ibarət hibrid şəbəkədir. Böyük həcmdə "3G" İP trafikin emalı, xidmətin ümumi keyfiyyətinin və yüksək tutumun təmin edilməsi üçün şəbəkəmizi modernləşdirməyə başlamışıq.
Bu yeni texnologiyalar "Bakcell" müştərilərini yüksək keyfiyyətli mobil rabitə və internet sürəti ilə təmin etməklə, "Bakcell" şəbəkəsini Azərbaycan bazarında ən qabaqcıl şəbəkəyə çevirəcək. Bu, bizim şəbəkə sistemlərimizin "LTE" və "LTE Advanced" kimi texnologiyaların tətbiq edilməsi üçün tam hazır olmasından xəbər verir", - deyə, "Bakcell" şirkətinin daş texniki direktoru Yigit Berktaş bildirib.
Bu gün "Bakcell" şirkətinin transmissiya şəbəkəsinin əsas əhatə (core ring) tutumu 40 Gbps (rayon mərkəzlərində), sərhəd (edge) yönləndiricilərin (inzibati rayon mərkəzlərində) tutumu isə 15 Gbps-ə çatır. Bütün önəmli transmissiya marşrutları 1+1 şassi səviyyəsində qoruma və tam ehtiyat saxlamaya malikdir. "2G" və "3G" xidmətləri tam təhlükəsiz olaraq hər saniyə APS, MSP, SNCP və s. kimi sınanmış qoruyucu alqoritmlər vasitəsilə vahid nəqliyyat şəbəkəsinə daşınır.
"Bakcell", 2013-cü ildə "Huawei" şirkətinin dəstəyi ilə 400-ə yaxın yüksək tutumlu hibrid mikrodalğa linklərini quraşdırmaqla transmissiya şəbəkəsini daha da inkişaf etdirəcək. "Huawei" şirkətinin bu şəbəkə həlli sayəsində "Bakcell" öz müştərilərini ən mükəmməl şəbəkə və xidmət keyfiyyəti ilə təmin edəcək.
Aynur Vəliyeva
Baxış sayı: 770
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır