Tarix:24/05/13
“ICTnews” xəbər xidmətinin “www.lenta.ru” saytına istinadən verdiyi məlumata əsasən, “*.vk.com” domeni Roskomnadzorun qərarına əsasən mayın 24-dən reyestrə daxil edilib. Artıq bir neçə regionun istifadəçiləri, o cümlədən Sankt-Peterburqdan olan istifadəçilər, resursun işləmədiyini bildiriblər. Roskomnadzorun rəsmi nümayəndəsi Vladimir Pikov bildirib ki, idarənin mütəxəssisləri hazırda bu domenin reyestrə düşməsi səbəbini müəyyən edirlər. Onun sözlərinə əsasən, “vəziyyət qeyri-məlumdur”.
Sosial şəbəkənin mətbuat xidmətində bu məsələni şərh etməkdən imtina ediblər. Adətən bu reyestrə arzuolunmaz kontent yerləşdirilən saytlar daxil edilir. “Antizapret.info” saytının məlumatına əsasən, sosial şəbəkənin bu siyahıya daxil edilməsi səbəbi “Uşaq dəbi” qrupundan olan, duşda geyimsiz qız uşağının şəkli olub. Mart ayının sonunda “Uşaq dəbi” qrupunun saytı bağlanıb.
Öncə bu siyahıya «Odnoklassniki» və “Google” kimi iri resurslar daxil edilib, lakin sonra texniki nasazlıq əsas gətirilərək yenidən istifadəyə verilib.
Aynur Vəliyeva
Rusiyada “V Kontakte” sosial şəbəkəsi bağlanıb
Rusiya ərazisində “V Kontakte” sosial şəbəkəsinin domeni qadağan edilmiş saytların reyestrinə daxil edilib.“ICTnews” xəbər xidmətinin “www.lenta.ru” saytına istinadən verdiyi məlumata əsasən, “*.vk.com” domeni Roskomnadzorun qərarına əsasən mayın 24-dən reyestrə daxil edilib. Artıq bir neçə regionun istifadəçiləri, o cümlədən Sankt-Peterburqdan olan istifadəçilər, resursun işləmədiyini bildiriblər. Roskomnadzorun rəsmi nümayəndəsi Vladimir Pikov bildirib ki, idarənin mütəxəssisləri hazırda bu domenin reyestrə düşməsi səbəbini müəyyən edirlər. Onun sözlərinə əsasən, “vəziyyət qeyri-məlumdur”.
Sosial şəbəkənin mətbuat xidmətində bu məsələni şərh etməkdən imtina ediblər. Adətən bu reyestrə arzuolunmaz kontent yerləşdirilən saytlar daxil edilir. “Antizapret.info” saytının məlumatına əsasən, sosial şəbəkənin bu siyahıya daxil edilməsi səbəbi “Uşaq dəbi” qrupundan olan, duşda geyimsiz qız uşağının şəkli olub. Mart ayının sonunda “Uşaq dəbi” qrupunun saytı bağlanıb.
Öncə bu siyahıya «Odnoklassniki» və “Google” kimi iri resurslar daxil edilib, lakin sonra texniki nasazlıq əsas gətirilərək yenidən istifadəyə verilib.
Aynur Vəliyeva
Baxış sayı: 730
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib