12px13px15px17px
Tarix:24/05/13

Azərbaycan Prezidenti Xətai “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Xətai "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib.

"ICTnews" elektron xəbər xidmətinin Prezidentin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət başçısına məlumat verib ki, bu mərkəz Bakının Xətai, Nizami və Suraxanı rayonlarının əhalisinə xidmət göstərəcək.

Qeyd edilib ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi fəaliyyətə başladığı dövrdən indiyədək ümumilikdə 100 minədək insana xidmət göstərib. Mərkəzdə yaradılmış şəraitlə tanış olan Azərbaycan Prezidentinə Elektron Məlumat Mərkəzi, Biometrik Məlumatların Toplanması Sistemi və "Asankart" barədə məlumat verilib.

Dövlət başçısına bildirilib ki, vətəndaşlara könüllülük prinsipi əsasında xidmət göstərmək üçün seçilmiş gənclər təlimlərə cəlb olunublar. Prezident İlham Əliyev könüllülərlə görüşüb.





Baxış sayı: 789

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024