12px13px15px17px
Tarix:24/05/13

“GoldenPay” ödəniş sistemində “Azərsu”nun smart-kartları üzrə ödənişlərinin qəbulu yubanır

“GoldenPay” şirkətinin “www.hesab.az” ödəniş sistemində “Azərsu”nun smart-kartları üzrə ödənişlərinin qəbulu yubanır.

“GoldenPay”ın baş direktoru Fərid İsmayılzadənin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, “Azərsu”nun smart-kartları üzrə ödənişlərinin qəbulunun yubanması texniki problemlərlə bağlıdır. «Texniki olaraq biz bu xidmətlərin göstərilməsinə hazırıq, əsas məsələ “Azərsu”nun texniki nöqteyi-nəzərdən xidmətlərin göstərilməsinə hazır olmasıdır, onların da bununla bağlı problemləri var.

Hazırda “Azərsu”nun göstərdiyi xidmətlərin ödənişini biz qəbul edirik, növbəti mərhələdə smart-kartla işləyən qurğularla təchiz edilən istifadəçilərin ödənişlərinin qəbulu və smart-kartların balansının doldurulması nəzərdə tutulur. Bu planlar yaxın 1-2 ay ərzində həyata keçiriləcək», – deyə o bildirib.

Qeyd edək ki, hazırda “www.hesab.az” portalının istifadəçilərinin sayı 58 min 411 nəfər təşkil edir.

Aynur Vəliyeva



Baxış sayı: 1052

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024