Tarix:25/05/13
«Biz ötən il "Google" şirkətinin Azərbaycan Milli data mərkəzində serverlərinin sayını artırmışıq. Hazırda bu istiqamətdə hər hansı işlər aparılmır, lakin perspektiv planlarda "Google" şirkətinin Azərbaycanda quraşdırılmış serverlərinin sayının artırılması nəzərdə tutulub", - deyə o bildirib. Axtarış sisteminin ölkəmizdə server resurslarının artırılması ölkə daxilində və xarici istiqamətlərdə göstərilən xidmətlərin keyfiyyətini artırmağa imkan yaradacaq.
Qeyd edək ki, hazırda Milli data mərkəzinə "Yandex" və digər axtarış sistemlərinin gətirilməsi təmin edilib, bu, data mərkəzinə Şərqin və Qərbin aparıcı beynəlxalq magistrallarının səviyyəsinə çıxmağa imkan verir. Şirkət tərəfindən pulsuz təklif edilən Azərbaycan internet resurslarının yerləşdirilməsi xidmətləri və həmçinin axtarış sistemlərinin serverlərinin ölkədə yerləşdirilməsi, milli kontentin geriyə miqrasiya prosesini sürətləndirir.
Son vaxtlaradək Azərbaycan saytlarının 97%-i ölkə xaricində, o cümlədən, Almaniyada və ABŞ-da yerləşən serverlərdə yerləşdirilirdi.
Aynur Vəliyeva
“Google” Azərbaycanın Milli data mərkəzində server resurslarının sayını artırmaq niyyətindədir
Azərbaycanın ilk "backbone" şirkəti "Delta Telecom" Milli data mərkəzinin inkişafı üzrə işləri davam etdirir. Şirkətin maliyyə direktoru Rahid Ələkbərlinin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, gələcəkdə "Google" şirkəti ilə əməkdaşlıq çərçivəsində Milli data mərkəzində dünya səviyyəli axtarış sisteminin data mərkəzlərinin sayının artırılması nəzərdə tutulur.«Biz ötən il "Google" şirkətinin Azərbaycan Milli data mərkəzində serverlərinin sayını artırmışıq. Hazırda bu istiqamətdə hər hansı işlər aparılmır, lakin perspektiv planlarda "Google" şirkətinin Azərbaycanda quraşdırılmış serverlərinin sayının artırılması nəzərdə tutulub", - deyə o bildirib. Axtarış sisteminin ölkəmizdə server resurslarının artırılması ölkə daxilində və xarici istiqamətlərdə göstərilən xidmətlərin keyfiyyətini artırmağa imkan yaradacaq.
Qeyd edək ki, hazırda Milli data mərkəzinə "Yandex" və digər axtarış sistemlərinin gətirilməsi təmin edilib, bu, data mərkəzinə Şərqin və Qərbin aparıcı beynəlxalq magistrallarının səviyyəsinə çıxmağa imkan verir. Şirkət tərəfindən pulsuz təklif edilən Azərbaycan internet resurslarının yerləşdirilməsi xidmətləri və həmçinin axtarış sistemlərinin serverlərinin ölkədə yerləşdirilməsi, milli kontentin geriyə miqrasiya prosesini sürətləndirir.
Son vaxtlaradək Azərbaycan saytlarının 97%-i ölkə xaricində, o cümlədən, Almaniyada və ABŞ-da yerləşən serverlərdə yerləşdirilirdi.
Aynur Vəliyeva
Baxış sayı: 841
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib