12px13px15px17px
Tarix:25/05/13

“Golden Pay” Azərbaycanda “WebMoney” sistemini bu ilin payız aylarında təqdim edəcək

"Golden Pay" şirkəti yaxın zamanda Azərbaycanda "WebMoney" sisteminin analoqunu təqdim edəcək. Şirkətin baş direktoru Fərid İsmayılzadənin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, yerli istifadəçilər üçün"WebMoney" sistemlərinin daha sərfəli analoqu olacaq.

«Hazırda "WebMoney" sisteminin Azərbaycanda analoqunun yaradılması üzərində işlər aparılır. Güman edirəm ki, bu ilin payızında, daha dəqiq olsaq, sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub",- deyə o bildirib.

F. İsmayılzadənin sözlərinə əsasən, "WebMoney" sisteminin istismarı zamanı yerli istifadəçilər onlar üçün əhəmiyyətli komissiyalar ödəyirlər, bu da sistemdən tez-tez istifadə etməyə imkan vermir. Sistemin Azərbaycan analoqu istifadəyə verildikdən sonra isə bu əməliyyatları etmək onlar üçün o qədər də baha başa gəlməyəcək.

Yeni sistemin daha bir üstünlüyü ondadır ki, ondan bank kartı olmayan istifadəçilər də istifadə edə biləcəklər. Bunun üçün istifadəçi nağd pulla elektron pul kisəsinin balansını bankda və ya "Milli ön" terminalları vasitəsilə doldurur və internet üzərindən ödənişlər həyata keçirir. Şirkətin gələcək planlarına "eBay" kimi iri elektron ticarət portalının yaradılması da daxildir.

Aynur Vəliyeva



Baxış sayı: 847

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024