12px13px15px17px
Tarix:25/05/13

Liderlər təhsil sahəsində elektron həllərin nümayişi üçün Moskvaya toplaşacaqlar

18-19 iyun tarixlərində Moskvada elektron təhsil sahəsində "eLearnExpo 2013" 10-cu Beynəlxalq sərgi və konfransı keçiriləcək. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.

AZPROMO-dan bildirilib ki, tədbirdə azərbaycanlı mütəxəssislər və maraqlı tərəflər də iştirak edə bilərlər. Sərginin məqsədi müasir dövrdə təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiq imkanları, yeniliklərlə tanışlıq, təcrübənin bölüşdürülməsidir. Yubiley tədbirində - sərgi çərçivəsində elektron kurslar, tədris mərkəzləri və korporativ universitetlər, informasiya təhlükəsizliyi, idarəetmə, inkişaf, təlim və personalın qiymətləndirilməsi, konsaltinq həlləri, proqram təminatı, ixtisaslaşdırılmış avadanlıq təqdim ediləcək.

Sərgi və konfransın əsas təşkilatçılarına Rusiya hökuməti, Rusiyanın Elm və Təhsil Nazirliyi, Rusiyanın Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi, Rusiyanın Təhsil və Elm Şurası, Rusiya Dövlət Dumasının Təhsil Komitəsi daxildir. Beynəlxalq aləmdə distant təhsil sahəsi üzrə mütəxəssisləri bir araya toplayan sərgi 2004-cü ildən başlayaraq, hər il Moskvada keçirilir.

Ötən illər ərzində sərgidə Böyük Britaniya, Macarıstan, Almaniya, İsrail, İspaniya, İtaliya, Rusiya, ABŞ, Finlandiya, Fransa və s. kimi ölkələrdən 150-dən çox şirkət iştirak edib. Onların arasında elektron texnologiyalar bazarının dünya liderləri, o cümlədən, "IBM", "Microsoft", "Adobe", "Competentum", "Dexway", "HP", "Oracle", SAP, "Cisco Systems", "Qoveo", "Black Board", "Auralog", "SkillSoft", "Future Learning Finland" və s. kimi nüfuzlu şirkətlər var.

HƏQİQƏT



Baxış sayı: 648

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024